Tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı
11 aprel 2011 14:24 (UTC +04:00)

Tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı

Azərbaycanda tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı hazırlanır.


Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Dövlət Proqramı artıq Nazirlər Kabinetinə təqdim olunub. Proqramın mahiyyətindən danışan Ə.Qarayev qeyd edib ki, bu sənəddə konservasiyasına ehtiyac duyulan, pis vəziyyətdə olan tarixi abidələrin siyahısı müəyyənləşdirilib: “İnanıram ki, bu sənəd yaxın vaxtlarda bütün təhlillər aparılandan sonra təsdiq olunacaq. Növbəti mərhələdə hansı abidələrin turist maraqları üçün istifadə olunması müəyyənləşəcək. Yəni, ora turist axınların təşkili üçün yararlı olacaqsa, biz onu təşkil edəcəyik. Kütləvi turistlər üçün böyük maraq kəsb etməyən abidələrin isə sadəcə konservasiyası ilə məşğul olacağıq”.


İşğal altında qalan tarixi abidələrin qorunmasına gəldikdə isə, nazir bunu deyib: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər biz işğal altında qalmış tarixi abidələrin mühafizəsini təşkil edə bilməyəcəyik”.

Xəyalə Muradlı
# 579

Oxşar yazılar