Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı başa çatdı
09 aprel 2011 11:58 (UTC +04:00)

Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı başa çatdı

Lent.az-ın məlumatına görə, festivalın bağlanış mərasimi aprelin 8-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev festivalın əhəmiyyəti barədə danışıb. O, Azərbaycanın artıq beynəlxalq mədəniyyət və incəsənət festivalları məkanına çevrildiyini vurğulayıb. Nazir müavini bildirib ki, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adını daşıyan festivalda 10-dan çox ölkəni təmsil edən musiqi qrupları bir həftə ərzində geniş konsert proqramları ilə çıxış ediblər: “Konsert proqramlarına Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Fransa, Rusiya və digər ölkələrdən 50-dək bəstəkarın əsərləri daxil edilib. Bu bəstəkarların sırasında gənclər də yer alıblar”.
Festivalın bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Rauf Abdullayevdir. Solist kimi isveçrəli violin ifaçısı Patrisia Kopatçinskayanın çıxış etdiyi konsertdə görkəmli Avstriya bəstəkarı Alban Berqin, Qara Qarayevin və Fərəc Qarayevin əsərləri səslənib.
Xəyalə
# 601

Oxşar yazılar