
“Mona Liza”nı qəbirdən çıxaracaqlar
0
0
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına görə, bunun üçün florensiyalı bir qadının məzarı qazılacaq və cəsəddən qalan sümüklər üzərində araşdırma aparılacaq. Françesko del Giosondo adlı zəngin ipək tacirinin həyat yoldaşı olan Liza Cerardini adlı bu qadının “Mona Liza” tablosu üçün modellik etdiyi düşünülür. Araşdırma uğurla nəticələnərsə, Leonardo Da Vinçinin məşhur tablosu üzərindəki sirr pərdəsi də qalxmış olacaq.
0
0