“Qarabağ bülbülləri”nin rəhbəri: “Tacir Şahmalıoğlu böyük səhv eləyib...”
04 aprel 2011 12:41 (UTC +04:00)

“Qarabağ bülbülləri”nin rəhbəri: “Tacir Şahmalıoğlu böyük səhv eləyib...”

Azərbaycanın tanınmış müğənnisi, əslən Qarabağdan olan Tacir Şahmalıoğlunun Moskvada erməni müğənni ilə eyni toy məclisində duet oxuması ölkənin ictimai həyatında, xüsusilə mədəniyyət mühitində böyük rezonans doğurub.

Tacir Şahmalıoğlunun uşaq və yeniyetməlik vaxtlarında üzvü olduğu “Qarabağ bülbülləri” ansamblının yaradıcısı və rəhbəri Murad Rzayev baş vermiş hadisə ilə bağlı Lent.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib. O, Tacir Şahmalıoğlunun bu addımı atmasına heç cür inana bilmədiyini deyib: “Belə bir hadisənin baş verdiyinə inana bilmirəm. Çox pis oldum, lap məəttəl qaldım. İndiki vaxtda belə bir şey etmək düzgün deyil. Tacir Şahmalıoğlu çox gözəl sənətkardır. O qədər gözəl sənətkardır ki, muğam festivalı onun səsilə açılır. Deməli, onun səsi Azərbaycanın sərvəti sayılır. Amma onun belə hərəkət etməsi böyük səhvdir. O, heç düzgün etməyib”.

Xəyalə Muradlı
# 1892

Oxşar yazılar