Əhməd Şəfəq: “Mən bir ozanam” - MÜSAHİBƏ - FOTO
Türkiyənin məşhur sənətçisi Əhməd Şəfəqin APA-ya müsahibəsi.
- Martın 18-də Bakıda Heydər Əliyev Sarayında “İki bədəndə bir can” adlı solo-konsertiniz necə keçdi?
- Konsert çox yaxşı keçdi, zövq aldım. Açığı, çox gözlənilməz konsert oldu. Azərbaycan həssas bir ölkədir. Burada ictimai rəyə təsir göstərən insanlar da çox diqqətlidirlər, hər konsertə getmirlər. Mən o axşam adım çəkiləndə, səhnəyə çıxanda əvvəl bir az sürətli idim, sonra dayandım. Salondakı coşqu mənə təsir etdi. Konsertimə insanların gələcəyini gözləyirdim, ancaq bu qədər qələbəlik proqnozlaşdırmırdım. İnsanların konsertimə bu qədər maraq göstərməsindən son dərəcə məmnun oldum. Bu məmnunluq mənim mahnılarımın oxunuş tərzinə də təsir etdi. Tünzalə Ağayeva ilə 3 duet oxuduq. Tünzalə xanım bir gün əvvəl xaricdən Azərbaycana qayıtmışdı. Onunla 2 saatlıq məşqimiz olmuşdu. O mahnıları ilk dəfə Tünzalə xanımla oxuduq. Azərbaycanın tanınmış, professional insanları da bununla bağlı dəyərləndirmələrini mənə bildirdilər. Qısa müddətdə birgə çalışmamıza rəğmən, mən də birgə oxumağımızdan çox böyük zövq aldım. Çox az sənətçi belə mənzərə ilə qarşılaşa bilərdi. Mən konsertimizi çox uğurlu sayıram.
- Konsertdə Sona Vəliyeva, Qənirə Paşayevanın mahnılarını da ifa etdiniz. Bu istiqamətdə fəaliyyətinizi genişləndirmək fikriniz varmı?
- Təbii ki, var. Sona xanım 6 ay əvvəl şeirlərini göndərəndə, “Qaragilə”yə baxmağımla o mahnını bəstələməyim heç 10 dəqiqə çəkmədi. Azərbaycanda xalq mahnısı “Qaragilə” var və bu mahnını illərdir ki, bilirəm. Sanki “Gəlmişəm otağına, oyadam səni” sözləri ilə xalq mahnısı “Qaragilə” yarımçıq qalmışdı. Sona xanımın yazdığı o “Qaragilə” sanki yarımçıq qalan mahnını tamamladı. O şeir Təbrizin hazırda olduğu duruma, tənhalığa bir cavab idi və bu, xalq mahnısı “Qaragilə”ni bütövləşdirirdi. Tənzilə Rüstəmxanlıya o mahnını bəstələyəndən sonra zəng etdim, telefonda dinləməsini istədim. Tənzilə xanım ağladı. Bu əməkdaşlığı dava etdirəcəyəm. Tamaşaçılara sürpriz də etdim, Qənirə Paşayevanın bir sevgi şerinə də mahnı bəstələdik. Qənirə xanımı bilmirəm, bu, mənim çox xoşuma gəldi. O mahnını oktyabrda çıxacaq yeni albomuma da daxil edəcəyəm.
- “Qaragilə”ni bizim sənətçilər də oxumuşdu. Mən onu sevgi mahnısı sanırdım, Sizin Tünzalə Ağayeva ilə birgə ifanızda bunun əslində bir həsrət mahnısı olduğunu anladım...
- Tünzalə xanım ilk dəfə birgə məşqimizdə o mahnını dinlədi. Mənim səhnəm bir az sərtdir. Tünzalənin varlığı, mövcudluğu mənim səhnəmi yumşaltdı və çox gözəl oldu. Tünzalə qısa müddətdə məşq etdiyimiz mahnını çox ürəkdən oxudu. Mən bunu həm Tünzalənin ürəkdən oxumasına, həm də “Qaragilə”nin tarixdən bu günə gələn aurası ilə bağlayıram. Tünzalə də o mahnını oxuyarkən çox vəcdə gəlmişdi.
- Tünzalə xanımla duetləriniz davam edəcək?
- Bəli.
- Azərbaycanda, yoxsa Türkiyədə?
- Türkiyədə. Oktyabrda işıq üzü görəcək albomumda Tünzalə ilə iki mahnı oxuyacağıq. Yenə birlikdə duet oxuyacağıq. Bəlkə yeni mahnılar da olacaq.
- Bir çox sənətçiləri səhnədə seyr etmişik. Amma Sizin səhnə hakimiyyətiniz bir az fərqlidi. Səhnədə çox rahatsınız, sanki evdəsiniz, dostlarınızla oturmusuz. Bunu necə bacarırsınız?
- Çox istəyirəm ki, insanlar məni izləyərkən darıxmasınlar. Çünki uca boylu bir insanam, zəhmli görkəmim var. Azərbaycanda ilk konsertə gələndə mənə “Qoç Koroğlu” demişdilər. Səsim də tonerdir və səhnədə də mahnıları bir manifest kimi oxuyuram.
- Elə bil ki, bu dəqiqə döyüşəcəksiniz...
- Bəli. Bunu yumşaltmaq və səhnədə yaratdığım gərginliyi dinləyiciyə çatdırmamaq üçün bir şey edirəm. Daha çox onların gözlərinə baxıram. Amma onların gözlərinə gözəl baxaraq bunu edirəm. Yəni Qoç Koroğlu kimi yox, bir qardaş sevgisi ilə baxıram. Bu, mənim üçün çox önəmlidir. Bir çoxlarının gözlərinə toxunduğumu hiss edirəm. Mən danışarkən də insanın gözlərinə baxıram. Bunu səhnədə də edirəm. Əgər baxışlarım yetirsə, səhnənin ən axırına da baxıram. O dinləyicilərlə bir ünsiyyət qururam. Mənim üçün bütövlük anlayışı çox önəmlidir. Bütövlük mənim zehnimin təməlini təşkil edir. Həyata, siyasətə, səhnəyə, iqtisadiyyata, xəritəyə bütöv baxaram. Allah-təala da bütövlüyün simvoludur. Dövlət də bütövdür. Bir dövlətin tapdalanmasını heç vaxt istəmirəm. Əgər biri demokratiya, yoxsa dövlət deyərsə, mən dövləti seçərəm. Ona görə də tamaşaçı ilə bütövlük qurmağa çalışıram.
- Mən Sizi izlədim, səhnədə Sizə uzadılan kağızı heç baxmadan qəbul edirsiniz. Bəlkə biri təxribat edəcək, ya da məsələn musiqiçilərdə bir problem çıxacaq. Heç narahat eləmir bunlar Sizi?
- Yox, çünki çox konsert verirəm. İl ərzində 100 konsertim olur. Bir məqamı deyim: bir vaxt gördüm ki, zalda bəziləri çölə çıxır, sonra qayıdırlar. Bir anda ruhdan düşdüm, elə bildim adamlar gedir. Mənim tamaşaçım zalı tərk etməməlidir, edirsə, deməli, mən bacarmıram. Sonra gördüm ki, adamlar geri qayıdır. Demək ki, siqaret çəkmək üçün çıxırlarmış.
- Sizi səhnəyə Türk Dünyasının böyük ozanı kimi dəvət etdilər. Özünüzü ozan hesab edirsiz?
- Əvvəllər özümü ozan kimi görmürdüm, artıq görməyə başlamışam. Çünki ozanı əlində bağlaması, sazı, qopuzu olan insan kimi, şaman, Dədə Qorqud kimi görürdüm. Onlar sazlarını, qopuzlarını əllərinə alıb bir yerdən başqa yerə, bir kənddən başqa kəndə gedirdilər, türkü oxuyurdular. Özümü də belə görməzdim, çünki İstanbulda anadan olmuşam. İntellektual bir həyatım var, özümü kəndə yaxın hiss etməzdim. Kənd şüurum yox idi. Sonra anladım ki, xeyr, əslində kökümüz, qaynağımız kəndlərdir. O cümlədən Zyia Göyalpı çox sevirəm. Ziya Göyalp deyir ki, əgər ruhdan düşürsünüzsə, kəndlərə, qəsəbələrə gedin, sizin tarlanız oradır, enerji alın və şəhərlərə gəlib əsərlər yaradın. Dədə Qorqud əsrlər öncə yaşayıb, mən jurnalist kimi bunu bilirdim. Ancaq Dədə Qorqudun bu millət, oğuz eli, Azərbaycan, Türkiyə üçün qiymətini görməyə başladım. Dədə Qorqudun bütün boylarını oxudum və o boyların bizim həyatımızda yerini gördüm. “Bamsı Beyrək”, “Salur Qazan”, “Təpəgözlə Basat” boyunu oxudum. Bu boyların bizim təhtəlşüurumuzdakı yerlərini, kəndlərini gördüm. O zaman “mən bir ozanam” dedim. Dədə Qorqud bunu əsrlər öncə yazıb, mən də indi bunu formaca modern olmaqla, 21-ci əsrdə edirəm. İndi özümü ozan kimi görməyə başlamışam.
- Araz Elsəsi tanıyırsınız?
- Əlbəttə, çox sevirəm Arazı.
- “Məmləkət” eşq mahnısı ola bilər?
- Təbii. O mahnıda deyilir:
Olamam çox sevsəm də,
Bir eşqin köləsi.
Sənin dərdin eşq, mənimki
Məmləkət məsələsi.
Bu mahnıda deyilmək istənilən budur ki, mənə bacım kimi əmanət edilən bir qıza necə aşiq ola bilərdim? O qızı bir məmləkət kimi görürəm.
- Bu, Füzulinin üslubudur. Füzuli də Allahı “gözəllərin ən gözəli” kimi görürdü.
- Mən Füzulidən çox təsirləndim. Mənim “Qədər katibliyim” adlı mahnım var. Bu kəlməni mən Füzulidən götürdüm. Füzuli deyir, Qədər katibi, sorma... Mən də deyirəm:
Qədər katibinə salam söyləyin,
Bu sövdadan sıtqınım, sıyrıldı mənim.
Bir eşq üzündən çox çəkdi mənim,
Canım bədənimdə ayrıldı mənim.
Oy gəncliyim...
- Siz daha çox Vətən mahnıları oxuyan müğənni deyirlər. Baxmayaraq ki, sevgi mahnılarınız da çoxdur.
- Təbii. Məsələn, mənim ilk albomumda da “Bu eşq öldürəməz” adlı bir mahnım var. Bakıda konsertdə də bu mahnını oxuyacaqdım, zaldan aşağı düşəndən sonra oxuya bilmədim. Sevgi var, amma bizim sevgimizdə həmişə bir məsuliyyəti də xatırladırıq. Yəni səni çox sevirəm, amma qüsura baxma, indiki anda Vətən məndən xidmət gözləyir! Mənim sevgilərimdə həmişə bu məsuliyyət var: yəni sənə aşiqəm, amma Vətənə səndən daha çox aşiqəm! Sənin tək rəqibin var, Vətən. Əgər mənimlə bütövləşmək istəyirsənsə, sən də mənim kimi gəl, Vətəni sev! Belə bir şey var.
- Buna görə Bakıda hərbi hissədə əsgərlər qarşısında sıxış etdiniz?
- Çox gözəl bir konsert oldu. Bu konsert barədə çoxdan fikirləşirdim. Çünki 2007-ci ildə Heydər Əliyev Sarayında çıxış edərkən bizə bir fəxri fərman verdilər. Mən Azərbaycan əsgərlərinin duruşunu görmək istəyirdim. Mən orda çox mütəəssir oldum. Ora Mübariz İbrahimovun da yetişdiyi bir hərbi hissə imiş. Orada yüksək rütbəli zabitlər, gələcəyin zabitləri, arxada da əsgərlər, o cümlədən Türkiyədən gələn jurnalistlər vardı. “Çırpırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısını Azərbaycan və Türkiyə bayraqlarının qarşısında oxudum. Hər kəs ayaq üstə idi.
- Sizin üçün sarayda konsert verməklə hərbi hissədə konsert vermək arasında fərq var?
- Məncə, fərqi yoxdur.
- Özünüzü harada rahat hiss edirsiniz?
- Özümü sarayda daha rahat hiss etdim. Əsgərin qarşısında bir kövrəkliyim var, həm də məsuliyyətim. Onların çiynində Azərbaycanın milli maraqları, Qarabağ var. Onlar torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin hərbçiləridir. O məsuliyyəti onlar anbaan yaşayırlar. Mülki şəxslər isə o məsuliyyəti onlar qədər yaşamırlar. O hərbçilər o məsuliyyəti yaşayırkən hər biri bir Mübariz İbrahimovdur. Bu, məni bir az kövrəltdi.
- Sizin mahnılarınızın əksəriyyətində şəhidlər, əsgərlər var.
- O mahnıların hamısını oxudum.
- Sizin bəlli kütləniz var. Bunu özünüz seçmisiz? Bu qədər kütlə arasında populyar olmaq sizə yetir, yoxsa başqa müğənnilər kimi daha çox populyar olmaq istəmirsiniz?
- Bu, mənim öz seçimimdir. Əgər sən mahnılarında bütövlükdən danışırsansa, mahnılarında “sənin dərdin eşq, mənimki məmləkət məsələsi” deyirsənsə, sənin üçün bir fon formalaşır. Gördüyün iş sənin üçün bir anda sərhədlər qoyur. O mahnıdakı sözlər mənə aiddir və mənim üçün sərhədlər qoyur. O zaman sənin sözlərini, duruşunu sevənlər sənin ətrafına toplaşırlar. Bu yolu mən seçdim və bu yoldan heç də narazı deyiləm. Mən, “Oynama şıkıdım, şıkıdım” tərzli mahnılar oxumadım, “Gəl yavrum, gəl, acımayacaq” kimi mahnılar bəstələmədim. Mən və mənim kimilər sənətin ədəbiyyatla əlaqəsi olduğunu söyləyən insanlardanıq. Bunu hər kəs anlamaya bilər. Amma iddia edirəm ki, mahnı sözləri xırdalanmamalıdır. Mahnı sözləri öncə insanların qulaqlarına, sonra ürəklərinə gedir. Xırda sözlərlə bir şey edə bilmərik. Mahnılar, kitabların hamısı mədəniyyət parçalarıdır. Bu mahnıları və kitabların sayını çoxaltdıqca mədəniyyətini də inkişaf etdirmiş olursan. Mədəniyyət bir sandıqdır. Siz bura davamlı olaraq “Oynama şıkıdım, şıkıdım”, “Gəl yavrum, gəl, acımayacaq” kimi mahnılar, yaxud çox populyar, amma içərisində heç bir məna olmayan kitablar doldurursunuzsa, sizin də mədəniyyət bu olur.
- Ya da məişət serialları ilə dolduranda...
- Bəli. Məsələn, Türkiyədə hazırda “Möhtəşəm Yüzyıl” teleserialı gedir. İddia olunur ki, televiziya bir sehirli qutudur, mədəniyyət deyil. Mənim bu sözdən zəhləm gedir. Çünki mədəniyyət bir millətin maddi və mənəvi yaşayışının bütövlüyüdür. Biz 24 saat televiziyanın qarşısından çıxmırıqsa, yaşamımızı tamamilə televiziya ilə qurmuş durumdayıq. Bu, bizim üçün ciddi bir sıxıntıdır. Yəni siz Osmanlı imperatorluğunun ən yüksək zirvəsi olan Qanuni Sultan Süleymanı o sarayda hərəm münasibətləri içərisində dəyərləndirirsinizsə, o zaman uşaqlarımıza fəxr ediləcək bir hal kimi ancaq Hürrəmi təqdim etmək olar.
- Ancaq reytinq məsələsi var…
- Reytinq bəzən mədəniyyətlə toqquşur. Çexlərin məşhur yazıçısı Bülənd Hundaray var. Bülənd Hundaray deyir ki, insanlar bu sürətli həyatın içərisində yaşayarkən bəzən özlərini düşünməkdən uzaq saxlayırlar, fikirləşə bilmirlər. Bülənd Hundaray deyir ki, qaçan insan düşünə bilməz. Qaçan insanın ağlına bir fikir gələndə mütləq dayanır. Deməli, fikirləşməklə dayanmaq arasında bir əlaqə var. Halbuki bu sürətli həyatda ancaq populyar mədəniyyət ayaqlaşa bilir. Bizim mahnılarımız isə qaçan adama “bir dayan!” deyir. Mahnımızda deyilir:
Ordan, burdan, şurdan deyil,
Eşqdən gəldik.
Yasəvidən, Mövlanadan, Meşdən gəldik.
Atəş deyil, özdən, gözdən gəldik.
Dədəm Qorqud boy boyladı,
Sözdən gəldik.
Sözlə Dədə Qorqud, sözlə fikir arasında bir ünsiyyət qurmağa çalışıram. İndiki gənclər, cavanlar anlamaya bilər. Amma biz də cavan olduq. Bir zaman sonra biz də düşündük ki, əlbəttə, bizim üçün əsas olan çörək, yeyəcək, içəcəkdir. Amma 24 saatı çörək yeyərək keçirə bilmərik axı?! İnsanın çörək kimi sözə, ideyaya da ehtiyacı olur. Mən onu qarşılayanlardanam.

906