Şəmkirdə mikroavtobus piyadanı vurub öldürdü
21 oktyabr 2025 09:06 (UTC +04:00)

Şəmkirdə mikroavtobus piyadanı vurub öldürdü

0

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus onu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar