Bakıda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu, 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı, 77 KV 548 N-li avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.
Nəticədə U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanıb.