Milli kitab mükafatına iddialı 20 ən yaxşı əsər - SİYAHI
17 mart 2011 15:23 (UTC +04:00)

Milli kitab mükafatına iddialı 20 ən yaxşı əsər - SİYAHI

Lent.az-ın məlumatına görə, tədbirdə Milli Kitab Mükafatının təşkilat komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri, yazıçılar iştirak edib.


Milli Kitab Mükafatının iyirmiliyini təqdim edirik: Azər Abdulla (“Sarı Tağ”), Azər İsaak (“Marsa qayıdış”), Aslan Quliyev (“Sonuncu”), Azad Qaradərəli (“Qar ağlığı”), Cavid Zeynallı (“Günəşi gözləyənlər”), Etimad Başkeçid (“Kenterberri”), Elşad Əliyev (“Məhşər Ayağında”), Kəramət Böyükçöl (“Çöl”), Mirmehdi Ağaoğlu (“Küləyi dişləyən”), Məqsəd Nur (“Şəhər meri”), Natiq Rəsulzadə (“Xonxarı”), Natella Osmanlı (“Mən axmağam”), Nərgiz Bağırzadə (“Birisigün”), Nəriman Əbdulrəhmanlı (“Yolsuz”), Paşa Qəlbinur (“Qara su”), Pərviz (“Yad dildə”), Samir Sarı (“İks günü”), Sahilə İbrahimova (“Varlı kişinin portmanatı”), Svetlana Quliyeva (“ Dalğa”), Zərdüşt Şəfizadə (“Başqa adamlar”)


Xatırladaq ki, MKM “Bakcell” şirkətinin baş sponsorluğu və “Unibank” ASC-nin rəsmi sponsorluğu ilə təsis olunub. Mükafatın təsisçisi “Əli və Nino” Nəşriyyat Evidir.

Martın 29-da isə ekspertlər şurası qısa siyahını (10-luğu) elan edəcəklər. Bundan sonra münsiflər heyəti öz işinə başlayacaq. Münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildirlər.

Birinci yer üç min, ikinci yer iki min, üçüncü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi isə Amerika səfirliyi tərəfindən 1000 manatla mükafatlandırılacaq.

Qaliblərin adları mayın 31-də açıqlanacaq.

Lalə Yusifqızı
# 727

Oxşar yazılar