Varum və Aqutindən möhtəşəm musiqi ziyafəti –
Lent.az-ın məlumatına görə, müğənnilər Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış ediblər. Tamaşaçılar konsert vaxtı sevimli müğənnilərini nə az, nə çox düz bir saat gözləyiblər. Saat 8-də Leonid Aqutin səhnəyə çıxıb və tamaşaçılardan üzr istəyib: “Gecikdiyimiz üçün üzr istəyirik. Təyyarəyə gecikdiyimiz üçün sizi də burada gözlətməli olduq. Lakin bu? konsertimizə mane olmayacaq”.
Leonid Aqutin auditoriya ilə olduqca səmimi ünsiyyət qurub, canlı ifalar ara-sıra məşhur sənətçinin maraqlı söhbətləri və zarafatları ilə əvəzlənib. Nəhayət, səhnədə Anjelika Varum da görünüb. Qeyd edək ki, rusiyalı xanımın ötən Bakı səfərindən bu günə kimi çəkisini azaltdığı və olduqca zərif, gözəl görünməsi diqqətdən yayınmayıb. Müğənni ifası ilə yanaşı, bədən quruluşuna zəriflik qatan 5 eleqant abiyə ilə gecə boyu tamaşaçılarını xoş ovqatda saxlayıb. Varum ta SSRİ dönəmində onu məşhur edən “Osenniy djaz” mahnısı ilə gecəyə damğa vurub. Müğənnilər oxuduqca tamaşaçılar sənətçiləri müşayiət edib.
Leonid Aqutin tamaşaçılarla söhbətində hamı üçün maraqlı olan mövzuya toxunub: “Sevginin şəninə bu qədər mahnılar bəstələnir, şeirlər yazılır, məhəbbət hadisələri dildən-dilə dolaşır. Bəs niyə cütlüklər qovuşandan sonra onlara lətifələr qoşulur?”
Sənətçi öz ehtimallarını bölüşüb: “Hamımız dünyaya tək gəlirik. Görünür, cütlüklər qovuşanda onların həyat yolu başqa istiqamətə getdiyi üçün mahnılar, şeirlər əhəmiyyətini itirir. Xoşbəxt o cütlüklərdir ki, həyat yolları ilə istiqamətləri eyni olsun”.
Bu fikirlərdən sonra evli cütlüklər - Leonid və Anjelika “Dve puti-dve doroqi” duetini oxuyub. Konsertdə onların repertuarında olan ən hit mahnılar - “Xudojnik- Çto Risuet Dojd”, “Fevral”, “Ne jdi menya”, “Polovina serdsa”, “Ya budu vseqda s toboy”, “Tı zabudeş obo mne” , “Tvoi qlaza” və s. iki saatlıq musiqi proqramında səslənib.
Tez-tez gül dəstələri ilə sevgi və diqqət görən ulduzlar tamaşaçıları önündə baş əyməklə qarşılıq veriblər.
Lalə

1018