“Tülkü həccə gedir” Berlində nümayiş olunub
07 mart 2011 16:05 (UTC +04:00)

“Tülkü həccə gedir” Berlində nümayiş olunub

Martın 5-də Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində “Uşaqların və gənclərin sevimli yazıçısı” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi pedaqoq və milli dirçəliş tərəfdarı Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr edilib.


Kültür Ocağının üzvləri Reyhan Qasımova və Naibə Hantelin birgə hazırladıqları məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Reyhan Qasımova yazıçı-şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, Abdulla Şaiqin fəaliyyətini və ailə həyatını əks etdirən foto-şəkillər iştirakçıların diqqətinə çatdırılıb. Abdulla Şaiqin uşaqların ifasında səslənən şerləri alqışlarla qarşılanıb. Daha sonra şairin əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” cizgi filmi nümayiş etdirilib.


Tədbirin ikinci hissəsində türkoloq alim Süleymanoğlu “Türk dili tarixinə qısa bir baxış” adlı məruzə ilə çıxış edib. O, çıxışında türk dilinin inkişafı mərhələlərindən danışıb, müxtəlif cərəyanların zaman-zaman ona təsirindən söz açıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416

Oxşar yazılar