Pulsuzluqdan əsərlərini türk ssenaristlərə satan yazıçımız
Lent.az-ın məlumatına görə, “İrəli” Gənclər Təşkilatının “İrəli Ədəbi Məclis”in təşəbbüsü ilə baş tutun görüşdə yazıçının üç məşhur romanı - “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq” və “Sənə inanıram” kitabları müzakirə olunub. Varis Yolçuyev deyib ki, sayca ikinci romanı olan və vətənpərvərlik mövzusunda yazılan “Bir ovuc torpaq” kifayət qədər qalmaqala səbəb olub. Romanda ermənilərin Azərbaycan torpaqlarını işğal etməsindən bəhs edilir. Kitab yayılandan sonra ermənilər Varisə hücuma keçivlər. “Facebook” sosial şəbəkəsində yazıçıya ermənilərdən hədə və təhqir dolu məktublar gəlir: “Nikon Qalibyan adlı bir erməni bu romanı ərsəyə gətirdiyim üçün məni “Facebook”da sözün əsl mənasında söyür. Əvvəllər söyüşləri görəndə əsəbiləşirdim. Ancaq sonra düşündüm ki, mən bunları qıcıqlandıra bilmişəm”.
Yazıçı maddi imkansızlıq ucbatından əsərlərindən bəzilərini Türkiyədə ssenaristlərə satdığını deyib: “Hazırda yenə Türkiyədən təklif almışam. Romanlarımın əsasında serial və film çəkmək üçün təklif gəlib”.
Lalə Yusifqızı

1452