Şəki Teatrı Rumıniya beynəlxalq festivalına yollanır
05 mart 2011 15:27 (UTC +04:00)

Şəki Teatrı Rumıniya beynəlxalq festivalına yollanır

Lent.az-ın məlumatına görə, Şəki teatrı festivalda rumın dramaturqu Mixail Sebastianın “Adsız Ulduz” və Molyerin “Xəsis” tamaşaları ilə təmsil olunacaq.

Qeyd edək ki, “Adsız Ulduz”un rejissoru Əbülfəs Salahov, “Xəsis” tamaşasını rejissoru isə Mirbaba Səlimlidir.

Şəki teatrının truppası festivaldan sonra Türkiyənin Giresun vilayətinə yollanacaq. Kollektiv Giresun səhnəsində öz repertuarı ilə çıxış edəcək.


Lalə
# 851

Oxşar yazılar