Salam: “Bir az quru bəyliyim var...” - MÜSAHİBƏ
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir -
gəl gedək oturub saata baxaq.
Salamla müsahibəyə gedəndə onun haqqında oxuduqlarımı ümumiləşdirməyə çalışdımsa da, alınmadı. Barəsində bu qədər ziddiyyətli, bir-birindən fərqli fikirlər deyilən, bu qədər dartışmalara səbəb olan, cəmisi 150 şeir yazaraq, buna rəğmən 20 ildir gündəmdən düşməyən az şair olar, yəqin…
Salamı «oxucusu olan sonuncu şair», «Azərbaycan poeziyasında yeni mərhələ yaratmış adam», «Şeirdə Salam məktəbi yaratmış şair», «Oxucuda ruh düşkünlüyü yaradan ziyanlı yazar» və s. adlandırıblar.
Hələ də bilmirlər ki, onu hansı estetikaya aid etsinlər. Salam haqqında bu mənada da ziddiyyətli epitetlər var: «Dekadans şair», «Simvolist şair», «Postmodernist şair», «Şeirlərində simvolist və postmodern elementləri birləşdirən şair», «Kortəbii postmodernizmin təzahürü», «Şeirlərində futuristik və sürrealistik elementlər olan…» və s.
Onun ədəbiyyata gətirdiyi yenilik haqqında da, fərqliliyi haqqında da fikirlər ziddiyyətlidir. «Sözlə işləmək məharəti», «Dil baxımından frazeoloji vahidlərin maksimum istismarı», «Yeni intonasiya», «Heca vəzninin dar imkanları çərçivəsində gözlənilməz poetik manevrlər ustalığı», «Konkret, dəqiq poeziya», «İronik poeziya», «Simvolist konturlar daxilində Fizulidən Ramiz Rövşənə qədərki düşüncəni dekonstruksiya etməsi», «Özünəqədərki poetikanın üstündən xətt çəkərək yeni poetika təklif etməsi» və s.
Balaca ölkə və… «mən gələr olmadım, yolu qarşıla»
– Salam, niyə görünmürsən? Demək olar ki, son iki ildə yazılarına rast gəlmirəm.
– Təzə kitabımı hazırlayıram. İlin axırında çıxar, yəqin.
– Çıxan kitablarından gəlir götürürsən?
– Yox. Axırıncı kitabım cəmi min nüsxə çıxmışdı. Satışdan da pulu birdən vermirlər ki, manat-manat verirlər, gözə bir şey görünmür.
– Deməli, sən də oxucu qıtlığından gileylisən…
– Bilirsən, şerin yayımı bir az fərqlidi nəsrə nisbətdə. Şerin tirajlanmasının «əldən-ələ», «dildən-dilə» imkanları da var. Yəni, min tirajla çıxan şeir kitabı yayılanda 5-ə vurulur: min nəfər alır, hər alanın da əlindən o kitab 4-5 nəfərə ötürülə bilir… Belə baxanda, balaca ölkədə 4-5 min oxucu pis rəqəm deyil. Ancaq kitab bazarı baxımından, həə, məsələ bir az problemlidi.
– Ölkəmizin balacalığına bir şeirində də işarə vurmuşdun. Yadında deyil?
– Yadımdadı:
Bu boyda da ölkə olar?! –
Ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin hündürlüyünəcən.
Ölümün dostu və… «sənə deyiləsi deyil, sənə deyiləsi sözüm»
– Şeirlərinin əksəriyyətində ölüm arzu-istəyi qırmızı xətlə keçir… Yaşamaqdan belə bezmisən?
– «Ölüm» mənim şeirlərimin 10-15-ində ola, ya olmaya… O şeirlər də elə ucdantutma ölümə sevgi havasında deyil ki, müxtəlif yanaşmalar var o şeirlərdə: ölüm haqqında şəxsi düşüncələr də var, bir vaxtlar ədəbiyyatı doldurmuş ölüm pafosuna ironiya da var və sair…
– «Bir vaxtlar» deyirsən. Hansı vaxtlardan söhbət gedir?
– Mən ədəbiyyata 80-ci illərin axırlarında gəlmişəm. Düzdü, parlaq istisnalar da vardı, amma o dövr Azərbaycan şeirinin ümumi mənzərəsi çox biabırçı idi… Az qala, qəbul olunmuş qayda beləydi – şair son bənddə, bir-iki misrada demək istədiyi fikirdən ötrü 15-20 bənd düzüb-qoşurdu. Hətta oxucular da şairlərin bu fırıldağının çəmini tapmışdılar: əllərinə şeir düşən kimi təkcə axırıncı bəndi oxuyurdular. Şeir şablonlardan ibarət idi, yəni texnika var, amma şeirin içi yoxdu. Ona görə də o dövrdəki şeirlərin 90 faizi bir-birinə oxşayırdı – üslub, texnika, təfəkkür tərzi baxımından. Şeirdə dərd, göz yaşı, ölüm, vətən pafosu itətök idi. Şairin işi-gücü ancaq onu atıb getmiş «yar»ın dalınca ağlamaqdan, ona yalvarmaqdan ibarət idi.
Aydındı ki, belə yazmaq istəmirdim. Məni düz başa düş, həmin şablonları dağıtmaq, təzə, orijinal yol açmaq kimi xüsusi iddiam-zadım olmayıb. Hər şey öz-özünə fərqli alındı: o dövrdə beynimizi doldurmuş sevgi, həsrət, göz yaşı əttökənliyinə ironiya da, poetik yanaşma da, intonasiya da…
– Şübhəsiz, sən demiş, o vaxtkı “vətən məddahlığı” fonunda sənin «Mən bu Ana Torpağı öz üst-başımda yalnız toz-torpaq kimi gördüm» yazmağın fərqli mesaj idi. Ancaq məhz mesajın kəskinliyi şübhə doğurur. Sanki, məhz fərqlənməkçün rəngləri qəsdən tündləşdirmisən…
– Nə bilim, bəlkə də, indiki yaşda bir balaca təmkinli yanaşardım məsləyə. 20 yaş civarında yazılan şeirdi də, gənclik çılğınlığından qaçmaq mümkün olmayıb. Ancaq tutaq ki, yurdumuzun qədimliyini və ululuğunu tez-tez qabartmaq da rəngləri tündləşdirməkdi axı, bezir adam. Bezir və götürüb yazır ki:
Sənin qədimliyin, ululuğun
yalnız köhnəliyində və uçuq-söküklüyündədimi, yurd?!
– Əvvəlki sualımın cavabı yarımçıq oldu. Ölüm mövzusu. Mən sənin kitabını oxumuşam, ancaq harda ironik, harda ciddi olduğunun fərqinə varmamışam. İpucu verə bilərsənmi?
– Yadıma düşənlərdən bir-iki məqam deyə bilərəm. Məsələn:
Kəndiri rezinmiş dar ağacımın –
bəxtəvər başıma, hələ dartılır!..
Ana, məni basdırarsan
boyumu soxduğun yerə .
Bunlar ironiyadı, lap elə zarafatdı. Amma zarafatsız, müəyyən yaşantılardan yaranan məqamlar da var. Məsələn:
Gör haçandı görüşmürük,
necəsiz, əziz dostlar?
İndi necə yaşayırsız –
necə ölürsüz, dostlar?
Elə məqamlar da var ki, həyatilikdən uzaq təxəyyül kombinasiyalarıdı. Onları ədəbiyyat yuxuları da hesab eləmək olar. Məsələn:
Öləsən …
Gözünü qapaya bir qız əlləri –
bu, sənin ilk qadın sığalın ola!
– Belə başa düşdüm ki, «Sənə bu əllərlə toxunmaq üçün başqa yol yoxdu ta sillədən savay», «Səni həmişəlik atıb gedirəm, işdi dönər olsam, nə alım sənə?» misraları da şeirimizdəki sevgi pafosuna ironiya idi…
– Bu şeirləri də o siyahıya sala bilərsən:
Yoxam sənin ürəyində,
sənin evində deyiləm.
Başına fırlandığımdan
heç tərəfində deyiləm...
* * *
…Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy –
başını qat, darıxma.
– Fərqlilikdən danışırıqsa, sənin köşə yazılarını yada salmamaq olmaz. O köşələrdə də qəribəlik, özünəməxsusluq vardı. İndi mən iki köşə yazarı tanıyıram ki, birbaş səni imitasiya eləyirlər. Bir xanım yazar sənin köşələrindəki ritmi, oynaqlığı, başqa biri də dilini, manevrlərini təqlid eləyir.
– Düzü, mən akademik, quru, o vaxtkı «Kommunist» qəzetinin dilində yazılan publisistikanı oxuya bilmirəm. «Gündəlik Azərbaycan»a yazanda çalışırdım ki, köşəyə bədii elementlər gətirim. Onda yazı şirinləşir də. Həm də oxucunu bütün yazı boyu eyni faktın, eyni sosial, siyasi cariliyin dairəsində saxlamaq düz deyil, hadisənin kontekstində haşiyələrə çıxmaq, auranı genişləndirmək yaxşıdı. Yəni yazıda gözlənilməz, qəfil keçidlər mütləq lazımdı, oyun mütləq lazımdı. Oxucuyla bütün yazı boyu yalnız mətn dilində, yazı dilində danışmaq da onu yorur. Çalışırdım ki, tez-tez oxucunun məişət dilinə də, o dilin jarqonlarına da keçidlər verim. Məlum oldu ki, oxucu bu cür yanaşmanı da gözləyirmiş publisistikadan.
– Sənə elə gəlmir ki, indi hamı yazır? Az qala, həftədə bir roman peyda olur, saytlar doludu şeirlərlə, ədəbi nümunələrlə…
– Ziyanı yoxdu bunun. Biz həmişə insanlarımızın oxudan uzaqlaşmasından danışırıq. Bu, bəlanın yarısıdı hələ. Elə bir hal da var ki, cəmiyyət yazı vərdişlərini də itirə bilir. Görürsən ki, oğul əsgərlikdən anaya məktub yaza bilmir. Yadımdadı, sovet dövründə məktublar elə şablonlaşmışdı ki, sanki anket doldururduq: «Salam. Salamdan sonra zəhmət çəkib mənim kefimi xəbər almaq istəsən, sağ və salamat varam. Sənin də sağ və salamat olmağını o bir olan Allahdan arzu edirəm. Burda havalar yaxşıdı, orda havalar necədi?...» – bu şablon məktublaşmaların əksəriyyətində mütləq vardı. Yəni, yazı bumunun xeyri odur ki, toplumda yazı mədəniyyəti formalaşdırmağa təkan verə bilir. Yoxsa, aydındı ki, indi yazılanların əksəriyyətinin ədəbiyyata aidiyyatı yoxdu.
– Dillər əzbəri olan misraların var. Məsələn, «Durub tullanasan bir çəpər üstdən, düşəndə görəsən yer üzü yoxdu…», «Böyüyün yerişi ləng olur bir az, Sevinc gecikirsə demək böyükdü», «Yatırsan ayılıb xoş gün görəsən, ayılıb görürsən yenə gün çıxıb», «Sənli xatirələr dağılıb evə, Bağışla, otağım tör-toküntüdü», «Elə üşüyürəm, O da yoxdu ki, gəlib ƏLLƏRİNİ sərə üstümə», «Bizim başımızın gülləsi ilə Kimsə baş qatmağa tirə gedəcək», «Boğulmaq da olmur – dayazdı dünya!»… Öz dilinin əzbəri olan misran hansıdı bəs?
– Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA!
– Elə misraların varmı ki, diqqətdən kənarda qalıb, necə deyərlər gözdən qaçıb, dillərə düşməyib?
– Düzü, belə təftiş aparmaq heç ağlıma gəlməyib. Amma cürbəcür münasibətlər görmüşəm – özümün ən zəif bildiyim şeirin başqası tərəfindən heyranlıqla bəyənilməsindən tutmuş ən güclü sandığım şeirin tənqid olunmasınacan. Bir şey deyim. «Literaturnaya qazeta»da 5-6 şeirim çıxmışdı. Onlardan biri 4-5 rus saytında müzakirəyə düşmüşdü:
Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»
Ərinmədim, saydım, bu şeirə ruslar üst-üstə 500-ə yaxın şərh yazmışdı. Ancaq özüm onu ortabab bir yazı hesab eləyirdim. Yəni, oxucular məndə o şeirə münasibəti dəyişə bildilər.
Quru bəy və… «gedən ömrə əl eləyir saat öz kəfkiriynən»
– Şeirlərini kimin ifasında eşitməyi xoşlayırsan?
– Nurəddin Mehdixanlının. Bir tədbirdə üç-dörd şeirimi demişdi, o şeirlər onun ifasında çox qəribə gəldi mənə.
– Sən canın incimə, qoy bir naqolay sual da verim. Niyə səni eqoist, yekəxana hesab eləyirlər?
– Zöhrab, bu mənim yaralı yerimdi. Hə, bir az quru bəyliyim var. Ancaq heç olmasa, sən bilirsən ki, zahirən belədi, içimnən bağlılığı yoxdu. Yaxşı bilirəm ki, natura etibarilə maraqsız adamam – ilk baxışda, ilk kontaktda canlı, diri görünmürəm. Ancaq acizəm bu məsələdə, vəziyyəti dəyişə bilmirəm. Süni cəhdlər eləsəm, rola girsəm, qorxuram lap gülünc görünüm.
– Yeri gəlmişkən, onu da deyirlər ki, televiziyalardan, qəzetlərdən, müsahibələrdən qaçırsan. Nooldu, səni də «dahilik» azarı tutdu?
– Yox, qəzetlərdən qaçmaq fikrim olmayıb. Amma efirə həvəsli deyiləm. Ümumən düşünürəm ki, yazı adamının özünə qapılmağa da vaxtı qalmalıdı. Çox üzdə olmaq adamı sox dərində olmaqdan eləyən şeydi.
– Bəlkə televiziyaların şou mahiyyəti itələyir səni?
– Bəlkə də.
– Doğrudan, necə düşünürsən, nə vaxta qədər bizim teleməkanımız şouyla nəfəs alacaq?
– Bunu onlardan soruşanda qəribə izahlar verirlər: guya tamaşaçı, reytinq bunu istəyir indi. Əvvəla «tamaşaçı» yoxdu, «tamaşaçılar» var, yəni çoxrəngli, çoxzövqlü auditoriya var. İkincisi, bunlar hamısı nağıldı, sən nə vaxt fərqli bir veriliş eləyib tamaşaçı qarşısında seçim imkanı yaratdın ki, tamaşaçı səviyyəli verilişi qoyub, səviyyəsizi seçdi?! Sadəcə, istedad, intellekt böhranıdı, özlərinin səviyyəsini ifadə eləyir, günahı «tamaşaçı zövqsüzlüyünün» üstünə qoyurlar. Saytlardan birinin rəhbəri jurnalistin Xanəmirdən aldığı müsahibəni verməyib ki, mən onu tanımıram, oxucu hardan tanıyacaq, get məşhur adamdan müsahibə götür. Təsəvvür elə, bu adam 20 il ədəbiyyatda olan, iki ədəbi dərgiyə redaktorluq etmiş Xanəmiri tanımır, tanıdığı bir-iki müğənnidi, bir-iki serial qəhrəmanı və öz günahını oxucunun üstünə yıxır.
Bir dəfə kefimin yaxşı vaxtında Nazim Hikmətin şeirini taksi sürücüsünə dedim, şeir həqiqətən onu tutdu. Bu yazıq neyləsin ki, ona səhərdən-axşamacan radiolarda «Başa tac, qəlbə fərəh, Misirdə sultan atadır» kimi şeylər dinlətdirib, sonra da adını zövqsüz qoyuruq?
Göz toxluğu və… «yaş – yorğun gözlərin axan təridi»
– Görməmişliyə münasibətin necədi?
– Nə mənada?
– Adamın hər şeyi var, amma gözü doymur…
– Əslində doymamaq pis şey deyil e, hardasa yaxşı haldı. Həkimlər də sağlamlıqçün buyururlar ki, süfrənin arxasından doymamış dur. (İkimiz də gülürük). Zarafatsız, bir tərəfdən baxanda gözün doymağı «son» demək olardı. Hərdən şair məntiqsizliyilə fikirləşirəm ki, yaxşı cəhət kimi təqdim elədiyimiz «könül toxluğu» normal haldımı? İnsan necə «gözü-könlü tox» ola bilər? Dünyada zövq və səfa mənbələri bu qədər çoxkən, adam necə aza qane ola bilər? Yəni, adamların daha çox qazanmaq, daha yaxşı yaşamaq istəyi başadüşüləndi. Ta orası aydındı ki, söhbət qazanmaqdan gedir, qamarlamaqdan yox.
Həyat, yaşayış daha çox fərdi məsələdi. Bizimki isə yaşamaq deyil, bir-birimizlə «yaşamaq yarışı»dı, şəxsi xasiyyətli deyil, kütləvi xasiyyətlidi. Bir-birimizə acıq verə-verə, bir-birimizin bəhsinə yaşamaqla, əslində öz həyatımızı özümüz cəhənnəmə çeviririk... Məsələn, Azərbaycanda maşınların hər yerdə olduğundan hündür olması bu əcaib yarışın nəticəsidi. Bunun adı rəqabət deyil e, rəqabət intellektə söykənsin gərək. Yəni adam hara qədər nadan olar bilməyə ki, bir milyon verib, məsələn, uçan qurbağa almaq başqalarından yaxşı yaşamaq demək deyil, başqalarından düşük yaşamaqdı. Toyda pul səpməyin, fonoqram müğənnisinin bir saatına 20 min verməyin yaxşı yaşamağa nə dəxli var?
Zöhrab ƏMİRXANLI

1365