Kino bülleteninin növbəti buraxılışları çıxıb
08 fevral 2011 17:04 (UTC +04:00)

Kino bülleteninin növbəti buraxılışları çıxıb

Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Lent.az-a bildirib ki, bülletenlərə 2008 və 2009-cu illərdə Azərbaycanda istehsal olunmuş filmlərin siyahısı daxildir. Burada həmin filmlər, onların çəkiliş qrupu haqqında ətraflı bilgi, o illər ərzində dünyasını dəyişən, yubileyi qeyd olunan kino xadimləri, çap olunan nəşrlər barədə məlumatlar əksini tapıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən bülletenlər kitabxanalara, televiziya kanallarına pulsuz paylanır.


Xatırladaq ki, kino bülleteninin ilk buraxılışında 2000-2007-ci illərdə istehsal olunan filmlər yer alıb.

Xəyalə
# 565

Oxşar yazılar