“Cavidnamə” kitabının təqdimat mərasimi keçirildi
24 dekabr 2010 18:17 (UTC +04:00)

“Cavidnamə” kitabının təqdimat mərasimi keçirildi

Lent.az-ın verdiyi məlumata görə, təqdimat mərasimində çıxış edən Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib ki, “Cavidnamə” əsərində təkcə Hüseyn Cavidin yaradıcılığı deyil, onu yetirən zəngin mühitlə tanışlıq əks olunub.

Zəlimxan Yaqub bildirib ki, Hüseyn Cavidin həyatında İstanbul mühiti olmasaydı, bəlkə də “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər’ kimi əsərlər yaranmazdı. O, Azər Turanın Hüseyn Cavid həyatını dərindən öyrəndiyini söyləyib: “ Hüseyn Cavidin yaradıcılığının elə sahəsi yoxdur ki, “Cavidnamə”əsərində öz əksini tapmasın”.

Kitabın məsləhətçisi, millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Hüseyn Cavid haqqında çox kitablar yazılıb, lakin “Cavidnamə” öz dolğunluğu və geniş faktlarla zənginliyi ilə fərqlənir. “Cavidnamə” kitabının uğurlu alınmasının səbəblərindən biri müəllif Azər Turanın Hüseyn Cavid düşüncəsinin və ruhunun insanı olmasıdır: “Azər Turan XX əsrin əvvəllərinin ədəbi mühitini mükəmməl araşdıran və öz kitabında onları göstərən bir şəxsdir”. Onun sözlərinə görə, “Cavidnamə” kitabı hər kəsin anlayacağı dildə yazıldığından, orta məktəblərə, ali təhsil müəssisələrinin kitabxanalarına yayılmalıdır.

Millət vəkili kitabın işıq üzü görməsinə görə “Cahan Holdinq”in prezidenti Vüqar Abbasova təşəkkür edərək, bütün iş adamlarını ədəbiyyatımızın inkişafına yardım etməyə çağırıb.

Professor Nizaməddin Şəmsizadə hesab edir ki, Hüseyn Cavid ömrü yarıda qırılsa da, onun yaradıcılığı həm XX, həm XXI əsrdə yaşayır: “Azərbaycan istiqlaliyyəti dövrünü öyrənmək üçün Hüseyn Cavidə daha çox müraciət olunmalıdır. “Cavidnamə” Hüseyn Cavid haqqında yazılan kitabları tamamlayan bir əsərdir. Bu əsər Hüseyn Cavidə ümumxalq məhəbbətinin bir qədər də artmasına səbəb olacaq”.

Millət vəkili Fazil Mustafa Hüseyn Cavidin özünü zamana, cəmiyyətin qlobal problemlərinə həsr etmiş şair olduğunu vurğulayıb: “Hüseyn Cavidi dünya arenasına Azərbaycanın dəyəri kimi çıxarmaq olar. Hüseyn Cavid yazıb-yaratdığı dövrdə heç bir çətinliyə görə Allah tərəfindən verilmiş missiyadan əl çəkməd. “Cavidnamə” kimi monoqrafiya cəmiyyətin Hüseyn Cavidi anlamasına səbəb olacaq əsərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21