Heydər Əliyev Sarayının “Gəncləşən muğam-2” konserti
Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəni həyatında, mənəvi dünyasının formalaşmasında həlledici rol oynayan muğam incəsənətimizin ayrılmaz hissəsi olaraq daim diqqət mərkəzindədir. Gənclərimizin də muğama olan həvəs və marağını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bunların sırasında Heydər Əliyev Sarayının təşkilatçılığı ilə düzənlənən “Gəncləşən muğam-2” layihəsini də göstərmək olar. İlk dəfə keçən il gerçəkləşən “Gəncləşən muğam” layihəsi bu il də davam etdiriləcək. Gənc muğam ifaçılarının konsertindən ibarət olacaq “Gəncləşən muğam-2” layihəsi dekabrın 28-də Heydər Əliyev Sarayında baş tutacaq. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin rəhbəri Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovdur. Mənsum İbrahimov bu dəfə də həmişəki kimi ayrılmaz dostları olan əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə səhnəyə çıxacaq.
Konsertdə əməkdar artisti Təyyar Bayramov, gənc ifaçılardan Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Aksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov çıxış edəcək.
Dekabrın 28-də saat 19:00-da başlanacaq konsertin biletlərinin qiyməti 10 manatdan 30 manata qədərdir.
“Gəncləşən muğam-2” konsertinin informasiya dəstəyi Lent.az-dır.
Xəyalə Muradlı

1048