Türklər misirlilərdən əvvəl piramida tikiblər
Çində türklər tərəfindən tikilən qədim piramidalar var.
Lent.az-ın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bu piramidalar Misir piramidalarından daha qədimdir.
Palçıq və torpaqdan tikilən piramidaların içərisində Misir mədəniyyəti ilə müqayisədə daha təkmil bir texnologiya ilə mumyalanmış cəsədlər və qədim türk yazıları var.
Çinin Şian şəhərindən 100 kilometr uzaqlıqdakı Qin Ling Shan dağlarında olan bu piramidaların ən böyüyü Ağ Piramida adlanır və Misir piramidalarından 2 dəfə yüksək, 300 metr hündürlüyündədir. Bu dağlarda irili-xırdalı 100-dən çox piramida var.
Bu piramidaları ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Hindistandan Çinə uçan ABŞ Hərbi Hava Qüvvələrinin pilotu James Gaussman görüb və gördükləri barədə xəbər verib. Piramidalardan birinin şəkli 30 mart 1937-ci ildə The New York Sunday News qəzetində yayımlanıb. Ancaq sonradan bu şəkildəki piramidanın Çin imperatoru Wuya aid bir məzar olduğu iddia edilib.
Bölgə ilə bağlı ən ətraflı məlumat isə alman operator və yazar Hartvig Hausdofa aiddir. O, araşdırma aparmaq üçün 1994-cü ildə Şian şəhərinə gəlib, piramidaları gəzərək ətraflı məlumat toplayıb, şəkillər çəkib. O, bu barədə Ağ Piramida adlı kitab da yazıb. Hartvig Hausdofa görə, bu piramidalar ən azı eradan 2 min 500 il əvvəl tikilib.
Çin qaynaqlarında bu piramidalarla bağlı məlumat çox azdır. Türklərə qısqanc münasibət bəsləyən çinlilər bu piramidaları eradan əvvəl 202-ci ildən başlayaraq bizim eranın 9-cu ilinə qədər Şərqi Çin imperatorluğu dövründə tikilən məzarlar sayırlar.
“Google Earth”də koordinatları 34°21`44.48"N 108°37`50.88"E olaraq verilən bu piramidaları internet üzərindən də izləmək mümkündür.
Qeyd edək ki, Çindəki türk piramidalarını Misir piramidalarından fərqləndirən bir cəhət də var. Misir piramidalarında fironların cəsədləri piramidanın içərisində, türk piramidalarında isə hökmdarların məzarları yerin altında basdırılıb.

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15