Fransa mətbuatı Heydər Əliyev Fondunun humanitar yardımından yazıb
Gündəlik nəşr olunan “Le Perche” qəzetində Heydər Əliyev Fondunun Fransada bir çox mədəni abidənin bərpası ilə əlaqədar göstərdiyi humanitar yardım barədə məqalə dərc olunub.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, “Azərbaycandan gələn yardımlar” sərlövhəli məqalədə birinci xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Bellu kilsəsinin vitrinin bərpasına yardım göstərməsi yüksək qiymətləndirilib.
Məqalədə deyilir: “Qafqazın neftlə zəngin ölkəsinin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu Perşdə, həmçinin dünyada bir çox mədəni abidələrin bərpasına yaxından yardım göstərib”.
Məqalədə senator Natali Qulenin ölkəmizlə bağlı fikirləri də yer alıb. Senator xanım Azərbaycan prezidenti İlham Əliyevin ölkədə mədəniyyət sahəsində uğurlu siyasət apardığını, Vatikanda kitabların nömrələnməsinə və Strasburqdakı katedral kilsənin vitrinin bir hissəsinin bərpasına yardım göstərdiyini diqqətə çatdırıb.
Natali Qule Ornda orqan musiqi alətinin bərpası ilə əlaqədar Fonda etdiyi müraciətə diqqətlə yanaşıldığını və bu məqsədilə yardım edildiyini bildirmiş və bunu iki ölkə arasında mədəni sahədə əməkdaşlığın inkişafını təsdiqləyən fakt kimi səciyyələndirib.
Məqalədə yəhudi mənşəli senator təklifi ilə müsəlman ölkəsinin xristian mədəni irsinin bərpasına yardım ayırması mədəniyyətlərarası dialoqun inkişafının təzahürü kimi dəyərləndirilir.
Senator xanım bildirib ki, Azərbaycanın tolerantlıq, mədəniyyətlərarası dialoq təcrübəsi bir çox başqa ölkələrə örnək ola bilər.

Oxşar yazılar

Mikayıl Müşfiqin Xatirə Muzeyi YARARSIZ HALDA: fəaliyyəti dayandı
23 aprel 2025 , 17:37
“Şizofreniyanın diaqnozu olan əsərlər var” – Tanınmış rəssamın evindən REPORTAJ
23 aprel 2025 , 14:05
Qaçırmamalı olduğunuz 10 möhtəşəm premyera -VİDEO
22 aprel 2025 , 16:20
Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53