“Sarı gəlin”imiz Avropaya doğru –
14 noyabr 2012 22:58 (UTC +04:00)

“Sarı gəlin”imiz Avropaya doğru –

Noyabrın 14-də Nizami Kino Mərkəzində almaniyalı rejissor Klaus Bernhardın “Sarı gəlin. Azərbaycanda muğam-caz” filminin təqdimatı keçirilib.

Lent.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində alman kinematoqrafçılarının "Salnamə" studiyası ilə birgə çəkdikləri filmin təqdimatında çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, almaniyalı rejissorun belə bir film çəkmək üçün müraciəti təmsil etdiyi nazirlik tərəfindən müsbət qarşılanıb: “Öncə ona görə ki bu film vasitəsi ilə caz və muğam musiqisinə xarici mütəxəssislərin baxışı olacaq. Daha sonra filmin ölkəmizin hüdudularından kənarda yayımlanması imkanı qazanacaqdıq. Ona görə də bu filmin ərsəyə gəlməsi bizim üçün çox sevindirici bir haldır”.

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle çıxış edərək bildirib ki, o, film vasitəsi ilə Azərbaycan musiqisini daha da yaxından tanıyıb: “Bu filmin çəkilişi üçün peşəkar bir komanda çalışırdı. Çəkiliş ərəfəsində Azərbaycanın muğam ifaçısı Alim Qasımovu canlı dinləmək mənə çox xoş oldu. Biz inanırıq ki, bu film vasitəsi ilə ənənəvi Azərbayanı musiqsini müasir üslubda təqdim etməklə Azərbaycan üçün yeni qapılar açılmış olacaq”.
Peşəkar komandadan danışan səfir filmin rejissoru Klaus Bernhardtı «Azərbaycan musiqisinin səfiri» adlandırıb.
Yaradıcı heyət çıxış etdikdən sonra filmə baxış keçirilib.

Filmdə milli musiqimizə, onun mahir ifaçılarına və ümumilikdə mədəniyyətimizə avropalıların baxışı öz əksini tapıb. Fərhad Bədəlbəyli, Alim Qasımov, İsfar Rzayev-Sarabski, Salman Qənbərov, Rain Sultanov, Sevda Ələkbərzadə və digərlərinin muğam-caz musiqisi haqqında fikirləri, ifaları təqdim edilib. Ekran əsərində həmçinin xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında “Sarı gəlin” mahnısı da yer alıb.
Azərbaycan və ingilis dilində çəkilən 40 dəqiqəlik filmdə Bakının görməli yerləri, tarixi abidələri lentə alınıb.

Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniyanın “Das-Apartment” prodüser şirkətinin və “Salnamə” kinostudiyasının birgə istehsalıdır. Filmin rejissor assistenti Naibə Şirinova, operatorları Feliks Peşko və Vilhelm Neyman, montajçı isə Cennifer Kunçerdir.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2066

Oxşar yazılar