İstanbulda Azərbaycan kitabları sərgilənəcək
17-20 noyabrda İstanbulda XXXI İstanbul Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, həmin şöbənin məsləhətçisi Faiq Xudanlı, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol və II Respublika Muğam Festivalının qalibləri Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyü təmsil edəcək.
Sərgidə ölkəmizin zəngin mədəniyyətini, tarixini, ədəbiyyatını, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətini təmsil və təbliğ etmək məqsədilə 24 kv.m sahə stend qurulması üçün icarəyə götürülüb.
Sərgi çərçivəsində həmçinin, "Azərbaycan xəmsəsi - Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı" adlı elmi, ədəbi-bədii tədbirin keçirilməsi də nəzərdə tutulub.

Oxşar yazılar

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10