Əməkdar artist millət vəkilinə müraciət edib
17 oktyabr 2012 11:48 (UTC +04:00)

Əməkdar artist millət vəkilinə müraciət edib

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovadan xəbər var. Lent.az-n məlumatına görə, əməkdar artist sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Oqtay Kazımiyə məxsus olan “ Neylərdim?!” adlı mahnısını təqdim edib.

Qeyd edək ki, Aybəniz Haşımovadan əlavə bir çox müğənni sözləri Qənirə Paşayevaya aid musiqiləri ifa edib. Əməkdar artistdən öncə Qənirə Paşayevanın sözlərinə yazılmış mahnıları ifa edən sənətçilər bunlardır: Ramal İsrafilov, Aynişan Quliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, əməkdar artistlər Tünzalə Ağayeva, Eyyub Yaqubov, Lalə Məmmədova və başqaları.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2452

Oxşar yazılar