Bakı Musiqi Akademiyasının professorları Norveçə gedəcəklər
Bakı Musiqi Akademiyası ilə Norveçin Bergen Universiteti nəzdində yerləşən “Qriq” Akademiyası arasında bağlanan müqavilə çərçivəsində BMA-nın bir qrup professor-müəllim heyəti yaxın günlərdə sözü gedən ölkəyə səfər edəcək. Bəstəkarlar İttifaqından Lent.az-a verilən xəbərə görə, Bergen Universitetinin “Qriq” Akademiyası ilə Bakı Musiqi Akademiyası arasında 5 ildən artıqdır ki, əməkdaşlıq münasibətləri mövcuddur.
Bakı Musiqi Akademiyasının xarici məsələlər üzrə prorektoru Yeganə Axundova bildirib ki, bu əməkdaşlıq çərçivəsində bir çox layihələrin keçirilməsi nəzərdə tutulub. Belə ki, 2008-ci ildə bir qrup Norveç musiqiçisi ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Norveçli qonaqlar konsert proqramı ilə çıxış edib, bir sıra görüşlər keçiriblər: “Bakı Musiqi Akademiyası ilə yuxarıda adlarını sadaladığımız təhsil müəssisələri arasında birgə əməkdaşlıq, konsertlər, konfransların keçirilməsi, tələbə-müəllim mübadiləsi barədə müqavilələr də imzalanıb. Bu müqavilə çərçivəsində 2009-cu ildən bu günədək müxtəlif pillələrdə 6 tələbəmiz Berqen Universitetində təhsil almağa göndərilib. 2011-ci ildə isə “Avroasiya” layihəsi çərçivəsində professor-müəllim mübadiləsinə başlanılıb”.
Bakı Musiqi Akademiyasının rektoru SSRİ xalq artisti Fərhad Bədəlbəyli, respublikanın xalq artistləri BMA-nın prorektoru Yeganə Axundova, BMA-nın professoru , skripkaçı Zəhra Quliyeva, professor Yalçın Adıgözəlzadə, həmçinin BMA-nın Beynəlxalq layihələr üzrə koordinatoru Aytən Cəlilovanın Norveçə nəzərdə tutulan səfərləri bu məqsədlə həyata keçiriləcək.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06