Qənirə Paşayeva festivala getdi
Millət vəkili Qənirə Paşayeva ilk dəfə keçiriləcək Türk Xalqlarının İpək Yolu Festivalında iştirak və çıxış etmək üçün ABŞ-a gedib. Lent.az-ın məlumatına görə, Q.Paşayeva tədbir iştirakçılarına mədəniyyətimiz, tariximiz, musiqimiz, Azərbaycan və Qarabağ həqiqətləri barədə ətraflı məlumatlar verəcək.
Festival Amerikalıların və Avrasiyalıların Türk Şurası təşkilatının təşəbbüsü ilə ABŞ-ın Texas ştatında baş tutacaq. Oktyabrın 5-də başlayacaq tədbirə İpək Yolunun keçdiyi 6 türk respublikası - Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistanın və Qırğızıstanın nümayəndələri qatılacaq və həmin ölkələrin pavilyonları qurulacaq. Pavilyonlarda Türk xalqlarının mədəniyyəti, folkloru, tarixi, məişəti adət və ənənələri sərgilənəcək və xeyriyyə məqsədilə satışlar təşkil olunacaq. Festivalda Türk xalqlarının həyatı, tarixi və mədəniyyəti ilə əlaqədar fotosərgi də təşkil ediləcək. Tədbirə oktyabrın 9-da yekun vurulacaq.
Qeyd edək ki, Amerikalıların və Avrasiyalıların Türk Şurası amerikalılar, türklər və Avrasiya xalqları arasında davamlı dostluq əlaqələrinin təşviqi və dəstəyi ilə məşğul olan müstəqil təşkilatdır. Hyuston şəhərində keçiriləcək tədbirdən sonra millət vəkili Nyu-Yorka gedəcək və amerikalı bir sıra ictimai-siyasi xadim, KİV nümayəndələri və Türk xalqlarının diaspor təşkilatları ilə görüşü də olacaq.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23