Mədəniyyət işçisi Cəbrayıl İsrafilov dünyasını dəyişib. Bu barədə Lent.az-a onun ailəsindən məlumat verilib.
Uzun illər mədəniyyət sahəsində inzibati işlərdə çalışan Cəbrayıl İsrafilov bu gün 69 yaşında koronavirusdan rəhmətə gedib.
Cəbrayıl İsrafilov Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. Lənkəran teatrında aktyor kimi fəaliyyət göstərib. Uzun illər “Yuğ” teatrında direktor olub.
Professor İsrafil İsrafilovun və aktyor Fərhad İsrafilovun qardaşıdır.