Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də saç kəsməkdir. Bəs, yuxuda saç kəsmək nə vəd edir?
Lent.az yuxuda saç kəsməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda saç kəsmək tezliklə fərqli işlər görəcəyiniz deməkdir. Yuxu görən şəxsin hər hansı bir işi varsa, işində mövqeyinin yüksələcəyinə işarədir. Yuxuda birinin saçını zorla kəsdirmək zəkat verməli olduğunuzun xəbərçisidir. Ümumiyyətlə, yuxuda saç kəsmək yuxu yozanlar tərəfindən həm müsbət, həm mənfi şərh edilir.
Belə ki, yuxuda birinin saçınızı yarımçıq kəsdiyini görürsünüzsə, bu qısa vaxtda sizə böhtan atılacağını bildirir.
Xəyalpərəstin yuxuda saçını kəsməsi çox vaxt uğursuzluq hesab olunur. Bu o deməkdir ki, həmin şəxs iş həyatında bəzi problemlər yaşayacaq. Bundan əlavə, yuxu sahibi özünü bir çox şeydən təcrid edə bilər. Həmçinin, maddi və mənəvi cəhətdən əziyyət çəkəcəyinə işarədir.
Yuxuda saçınızı ucdan kəsdiyinizi görmək xəyalpərəstin həyatında bəzi dəyişikliklər etmək istədiyini bildirir. Həmin şəxs gələcəyinə daha məntiqli və qətiyyətlə baxmağa başlayır. Amma o, çox dəyər verdiyi insanlarla problemlər yaşaya bilər. Belə ki, yaxınlarına, tanışlarına şübhə ilə yanaşıb, onlara etibar etməkdə çətinlik çəkəcəyinə dəlalət edər.
Yuxuda uşağının saçını kəsən hər kəs əslində övladının istədiyi bir işi görməsinə mane olur. Bu yuxu çox qoruyucu olduğunuz kimi şərh olunur. İstedadlı olan övladınızın bu qabiliyyətləri göstərməsinə icazə vermirsiniz. Belə yuxu ailənizdə bəzi problemlərinin baş verəcəyinin xəbərçisidir.
Yuxuda sizə düşmən olan birinin saçını kəsirsinizsə, deməli həmin şəxsə qalib gələcəksiniz. Bu hər hansı təhsil sahəsində, ya da iş həyatında ola bilər. Bu yuxu bəzən dostunuz kimi görünən, əslində isə düşmən olan insana fikir verəcəyinizi göstərir. Belə insanlardan uzaqlaşmaq ən yaxşısıdır.