Yuxuda  qaynananı   öldürmək nə vəd edir?
02 iyun 2022 09:05 (UTC +04:00)

Yuxuda qaynananı öldürmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də ailə üzvləridir. Bəs, yuxuda qaynana görmək nə vəd edir? 

Lent.az yuxuda üzük görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda qaynana görmək xeyirli tərəfə yozulur. Əgər yuxuda qaynanasını görən yuxu sahibi xəstədirsə, onun tezliklə sağalacağına, maddi problemləri varsa, düzələcəyinə işarədir. 

Qaynananı yuxuda tolerant, mehriban və xeyirxah kimi görmək heç də yaxşı deyil. Deməli, həyatınızda bəzi çətinliklər yaranacaq, maddi baxımdan qazanc itirəcəksiniz. 

Amma bəzən bu yuxular fərqli tərəfə də yozulur. Məsələn, yuxuda qaynana görürsünüzsə, deməli, siz xoş niyyətli, yardımsevər, dəyərli və sadiq dostlarınıza qarşı etinasız yanaşırsınız. 

Xəyalpərəst yuxuda qaynanası ilə danışırsa, bu həyatında müsbət tendensiyaların olacağına işarədir.

Həmçinin, yuxu sahibi küsülü olduğu dostları ilə barışacaq və axtardığı rahatlığı tapacaq. Yuxuda qaynana ilə həmsöhbət olmaq ailə münasibətlərində də hər şeyin qaydasında olduğunu bildirir. 

Yuxuda qaynana ilə dalaşmaq, yuxu sahibinin yaxınları, tanışları tərəfindən dəstək görəcəyinə dəlalət edir. 

Əgər xəyalpərəst yuxuda qaynanasını öldürürsə, bu zaman yuxu sahibinin ona heç bir zərəri olmayan birinə qarşı kin bəsləyəcəyi kimi yozulur.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6207
avatar

Sevinc Fərid

Oxşar yazılar