Yuxuda oğlan uşağı   görmək nə vəd edir?
29 aprel 2022 09:17 (UTC +04:00)

Yuxuda oğlan uşağı görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də uşaqlardır. Bəs, yuxuda oğlan uşağı görmək nə vəd edir? 

Lent.az yuxuda oğlan uşağı görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir: 

Yuxuda oğlan uşağı görmək yaxşı bir xəbər alacağınıza işarədir. Yeni bir iş təklifi ala bilər və ya hazırki işinizdə yüksələ bilərsiniz. Bundan əlavə, özünüzlə və ya yaxın ətrafınızdakı biri ilə əlaqədar sevinəcəyiniz bir xəbər eşidə bilərsiniz. 

Əgər yuxunuzda oğlan uşağı görmüsünüzsə, pis işlərinizin düzəlməyə başlayacağı və dərdlərinizdən qurtulacağınız müjdəsini verə bilərik. Psixoloji baxımdan yuxuda oğlan uşağı görmək həyatınız boyu sizə dəstək olacaq və bu məsələdə heç bir marağı olmayan bir dostunuzun olduğunu ifadə edir. 

Əgər qadın yuxuda oğlan uşağı dünyaya gətirdiyini görürsə, deməli onun qız övladı dünyaya gələcək. Belə yuxular çox vaxt tərs yozulur. Başqa bir deyimə görə, yuxuda oğul dünyaya gətirdiyini görən qadının ailəsində problemlər yaranacaq və ya hər hansı xəstəliyi tutulacaq. 

Yuxuda qucağında oğlan uşağı görən şəxs  subaydırsa, onun tezliklə evlənəcəyi şəklində yozulur. Yuxu sahibi evlidirsə, o zaman evliliyində arzuladığı hüzur və xoşbəxtliyi tapacaq. Həyat yoldaşı arasında olan problemləri həll edəcək. 

Yuxuda xəstə oğlan uşağı görmək heç də yaxşı mənada yozulmur. Belə yuxu görən şəxs sevdiyi insandan, yaxın dostlarından uzaq düşəcəyinin xəbərçisidir. 

Yuxuda əkiz oğlan uşağı görmək, çətinliklərinizdən qurtulacağınıza işarədir. Yuxu sahibinin süfrəsindən bərəkət əskik olmayacaq. Yuxuda əkiz oğlan uşağını görmək hazırki işlərinizdən yaxşı qazanc əldə edəcəyinizi bildirir.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22182
avatar

Sevinc Fərid

Oxşar yazılar