Yuxuda nar görmək  nə vəd edir?
15 iyul 2022 09:52 (UTC +04:00)

Yuxuda nar görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də meyvələrdir. Bəs, yuxuda nar görmək nə vəd edir? 

Lent.az yuxuda nar görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda nar görmək çox yaxşı hadisələrin olacağına işarədir. Deməli, dəyərli vaxtınızı səmərəli işlərə ayıracaqsınız. Yuxuda nar görmək əsl bərəkət simvoludur. Nar yuxuları ümumilikdə müsbət bir hal hesab olunur. 

Buna baxmayaraq, yuxuda nar görmək ailə vəziyyətinizə görə fərqli şəkildə yozula bilər. 

Məsələn subay biri yuxuda nar görürsə, bu yuxu sahibin işlərinin yolunda gedəcəyini bildirir. Yuxunu görən şəxs kişidirsə, deməli xəyalpərəstin gözəl bir qadınla ailə həyatı quracağının xəbərçisidir.  Evli birinin yuxuda nar görməsi isə uşağa işarədir.  

Yuxuda nar yemək xəyalpərəstin işlərində baş verən uğurları ilə bağlıdır.

Əgər sevgiliniz yuxuda sizə nar verirsə, bu o deməkdir ki, başqa bir qadın sizi yoldan çıxarmağa çalışacaq. Lakin daxili gücünüz onun əsarətindən qurtula biləcək. 

Yuxunuzda nar dənələrini görmək, tamam fərqli tərəfə yozulur. Belə ki, bu qızıl və ya gümüş kimi qiymətli metal əşyalardan bezdiyinizin xəbərçisidir. Artıq sadəliyə önəm verdiyinizin və acgöz insanlardan uzaqlaşdığınızı bildirir. 

Yuxuda nar qabığı yemək yuxu sahibinin səhhətindəki problemlərinin tam şəkildə sona çatacağına dəlalət edir. Amma bununla yanaşı, maddi sıxıntıların olacağı da istisna deyil. 

Yuxuda nar satmaq xəyalpərəstin işsiz qalacağı və ya işdən qovulacağı kimi yozulur. Həmçinin, nar satmaq yuxu sahibinin tanışlarına, yaxınlarına kömək etməsidir. Xəyalpərəst bu yaxşılıqla ətrafdakıların təqdirini qazana bilər. 

Yuxuda nar suyu görmək yuxu görən şəxsin qazandığı pulu göstərir. Bir insan yuxuda nar suyu içirsə, deməli, həmin insan istədiyi şöhrətə çatacaq. 

Yuxuda nar ağacı görmək də müxtəlif tərəfə yozulur. Əgər nar ağacının üzərindəki nar yetişibsə və onları yığdığınızı görürsünüzsə, bu, xəstəlikdən qurtulmağa, maddi rahatlığa, xoşbəxt günlərə dəlalət edir. Əgər topladığınız narlar çiy və yetişməyibsə, bu, səhhətinizdə problemlərin yaranmasına və maddi sıxıntıların, yoxsulluğun, çətin günlərin sizi gözlədiyinin xəbərçisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5397
avatar

Sevinc Fərid

Oxşar yazılar