Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də ilandır. Bəs, yuxuda ilan görmək nə vəd edir?
Lent.az yuxuda ilan görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:
Yuxuda ilan görmək ən çox araşdırılan yuxu şərhlərindən biridir. Bir çox yuxu alimləri belə yuxunu insanın həyatına girəcək düşmən kimi ifadə edirlər.
Yuxuda ilan görmək hər nə qədər düşmən kimi adlandırılsa da, fərqli mənaları da var.
Başqa bir deyimə görə xəyalında yuxu görən şəxsin maddi qazanclarının azalacağı kimi yozulur. Yəni təkcə mənəvi deyil, həm də maddi zərər görməyə işarədir.
Yuxuda qara ilan görmək düşməninizin son dərəcədə güclü və təhlükəli olduğunu bildirir. Ağ ilan isə əksinə zəif və gücsüz bir düşmənlə qarşı-qarşıya olduğunuzu ifadə edir. Ümumiyyətlə, yuxuda ağ ilan görmək simvolik olaraq təmiz bir ruhu təmsil edir. Sarı ilan düşmənlərinizdən pis xəbər alacağınıza dəlalət edər. Belə ki, onlardan pis sözlər və ya düşmən tərəfindən təhqir kimi şərh olunur.
Bir sıra yuxu yozanlar belə yuxunu qısqanclıq, kədərli xəbər kimi yozurlar.
Əgər yuxu sahibi ilanla boğuşursa xoşlanmadığı biri tərəfindən pislik görəcəyini bildirir. Bu zaman yuxu görən şəxs ilandan qorxmayaraq ona toxunursa, deməli iş və ya eşq həyatında xoşbəxtlik onu gözləyir.
Ən çox görülən yuxulardan biri də evdə ilan görməkdir. Bu əsasən sizi təqib edən daxili təhlükəni ifadə edir. Əgər belə bir insan olduğunu düşünmürsünüzsə, o zaman sizi narahat edən şeylər haqda düşünün.
Yuxuda ilan öldürmək isə evliliyə işarədir.