Yuxuda gəlinlik  görmək nə vəd edir?
10 iyun 2022 09:27 (UTC +04:00)

Yuxuda gəlinlik görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də gəlinlikdir. Bəs, yuxuda gəlinlik görmək nə vəd edir? 

Lent.az yuxuda gəlinlik görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda gəlinlik görmək, subayların evlilik və buna bənzər hadisələrlə qarşılaşacağına işarədir. Çünki yuxular bəzən şüuraltı düşüncələrin canlanmasını ifadə edir. 

Yuxuda geyindiyiniz gəlinlik gözəl və təmizdirsə, evliliyiniz sizə xoşbəxtlik gətirəcəkdir. Yeni, təmiz və gözəl bir gəlinlik yaxşı xəbərin carçısıdır. Bu, iş həyatında müvəffəqiyyətə, şəxsi həyatda xoşbəxtliyə, tezliklə sevgi münasibətində rəngarəngliyin olacağına dəlalət edir.

Bir hamilə qadının yuxuda gəlinlik paltarı geyinməsi onun qız övladının dünyaya gələcəyinə işarədir.  

Əgər xəyalpərəst yuxuda çirkli gəlinlik görürsə bu evliliyinizdə problemlərlə qarşılaşacağınızı bildirir. Belə olan halda iş həyatında gözlədiyiniz nəticəni almaya bilərsiniz. 

Yuxuda gəlin olduğunu görmək xoşbəxtliyin ən böyük, ən yaxşısı və xəyallarına çatmağı göstərir. Yuxu sahibini gözləyən gözəl və maraqlı günləri ifadə edir. Bu, həmçinin maddi sıxıntıları olan şəxsin problemlərinin düzələcəyi, hər şeyin qaydasına düşəcəyi tərəfə yozulur. 

Bir kişi yuxuda gəlinlik geyinirsə, onun gözləntilərindən yaxşı nəticə çıxmayacağına işarədir. Yuxu sahibi gəlinlik geyinən kişidirsə, bu onun iş həyatında uğursuzluq yaşayacağını, sevgi münasibətlərində problemlərin olacağını ifadə edir. Başqa bir yuxu yozmasına görə, yuxu sahibi anasından və həyat yoldaşından pis münasibət görəcək və ailələrində çaxnaşmalar olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009
avatar

Sevinc Fərid

Oxşar yazılar