Fransanın Strasburq şəhərində ailə qurmaq istəyən cütlüyün başına maraqlı iş gəlib.
Lent.az-ın xəbərinə görə, cütlük mərasim üçün bələdiyyəyə gələrkən onu dostlarının avtomobil karvanı müşayiət ediblər.
Lakin dostların intizamsız davranışı strasburqluların xoşuna gəlməyib və polisə xəbər veriblər. Bələdiyyə binasının qarşısında gəncləri polis naryadı qarşılayıb. Bütün avtomobillərə cərimə yazılıb.
Bələdiyyə sədri isə nikah mərasimni ləğv edib: “Respublikanın qanunlarına əməl etməyən şəxs respublikanın dövlət qurumlarının xidmətindən istifadə edə bilməz” – deyə sədr Feysbukda yazıb.
Bələdiyyənin qərarını strasburqlular təqdir ediblər. İndi cütlük bütün proseduru sıfırdan başlamalıdır.