Cənubi Koreyanın Ay orbitatoru “Danuri” ilk dəfə Ayın səthinin və Yerin ağ-qara fotolarını göndərib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, "Danuri" 2022-ci ilin avqustunda "SpaceX" raketi ilə ABŞ-dan buraxılıb.
180 milyon dollar dəyərində olan kosmik gəmi Ay və Yerin 24 dekabr - 1 yanvar tarixləri arasında çəkilmiş ağ-qara fotosunu göndərib.
Qeyd edək ki, iki saatdan bir dövr edən "Danuri" dünyanın yeddinci, Asiyanın isə dördüncü Ay kəşfiyyatçısı olub.