Yeni il üçün pəhriz saxlamadan necə arıqlamaq olar?
02 dekabr 2024 11:19 (UTC +04:00)

Yeni il üçün pəhriz saxlamadan necə arıqlamaq olar?

Yəqin ki hər kəs Yeni il şənliyində xoş görünmək istəyir.

Lent.az heç bir pəhriz olmadan bu görünüşü əldə etməyiniz üçün bir neçə fikir təqdim edir:

Pəhrizinizi sıfırlayın

Ən azı bir müddət sənaye şirniyyatları, un, şirin soda və fast food yeməyi dayandırın. Bir parça tünd şokolad və ya evdə hazırlanmış şəkərli meyvələr şirniyyat istəyinizi təmin etməyə kömək edəcək.

İdmanı oyuna çevirin

Özünüzü idmana məcbur etməyin - bəyəndiyiniz fəaliyyəti seçin. Bunu əvvəlcə minimal, daha sonra isə məqbul həddə qədər artıra bilərsiniz.


Su içmək

Aclıq hissini azaltmaq və buna uyğun olaraq süfrədə daha az qida istehlak etmək üçün yeməkdən yarım saat əvvəl bir stəkan qazsız su içməyə çalışın. 

Payınızı azaldın

Adi boşqabınızı daha kiçik diametrli bir nəlbəki ilə əvəz edin - bu yolla siz payınızı, müvafiq olaraq istehlak edilən kalorilərin sayını azalda bilərsiniz.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Ləman Sərraf

Oxşar yazılar