Vanqanın növbəti illər üçün verdiyi dəhşətli proqnozları ortaya çıxıb.
11 sentyabr terroru, Obamanın prezident seçilməsi, koronavirus pandemiyası, Rusiya-Ukrayna müharibəsi və digər hadisələri əvvəlcədən bilən Baba Vanqanın 2022-ci il üçün dedikləri də dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu.
Lent.az Vanqanın növbəti illər üçün verdiyi dəhşətli proqnozları təqdim edir:
2023-cü il – Yerin orbitində müəyyən dəyişikliklər olacaq.
2033-cü il – Qütbdəki buzlaqlar əridikcə yer kürəsində suyun səviyyəsi artacaq.
2043-cü il – Dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Avropanı müsəlmanlar idarə edəcək.
2046-cı il – İnsanın bütün vücud orqanlarını yenidən bərpa etmək mümkün olacaq. Xəstə orqanın yenisi ilə əvəz edilməsi ən çox istifadə edilən və ən sadə prosedur olacaq.
2066-cı il – ABŞ müsəlmanların nəzarətində olan Romaya qarşı iqlim dəyişdirəcək bir silahdan istifadə edəcək. Nəticədə temperaturun ani və kəskin düşməsi müşahidə olunacaq.
2076-cı il – Sinifsiz bir cəmiyyət nizamı təklif edən kommunizm bütün dünyaya hakim olacaq.
2088-ci il – İnsanların saniyələr içərisində qocalmasına səbəb olacaq yeni bir xəstəlik peydə olacaq.
2097-ci il – Sürətli qocalma xəstəliyinin müalicəsi tapılacaq.
2100-cü il – Yerin qaranlıq tərəfini işıqlandırmaq üçün süni Günəşdən istifadə olunacaq.
2111-ci il – İnsanlar canlı robotlara çevriləcək.
2123-cü il – Kiçik ölkələr arasında müharibə olacaq, böyük ölkələr bütün bunlardan kənarda qalacaq.
2164-cü il – Heyvanlar yarı insan halına dönəcək.
2167-ci il – Yeni bir din ortaya çıxacaq.