Britaniyanın Hamber şəhərinin sakinləri dənizdə maraqlı əşya tapıblar.
Lent.az-ın xəbərinə görə, dəniz kənarında gəzən sakinlər sahilə atılmış butulkaya rast gəliblər.
Butulkanı açdıqda məlum olub ki, içindəki məktub 1966-cı ilə aiddir. O vaxt 16 və 18 yaşlı 2 kollec şagidi özlərinə sevgili tapmaq arzusu ilə məktub yazaraq dənizə atıblar. Məktubda ev ünvanı və telefonlar da göstərilib.
Lakin qızların qisməti çıxmayıb və məsələ unudulub.
Məktubu tapan şəxs qızlardan birini Feysbukda tapa bilib. Cenifer adlı qadın bildirib ki, sevgilisini ... 49 yaşında tapa bilib.