Yalnız  pişiklərin yaşadığı   heyrətamiz ada - FOTOLENT
30 aprel 2022 20:15 (UTC +04:00)

Yalnız pişiklərin yaşadığı heyrətamiz ada - FOTOLENT

Pişiklər dünyada ən çox yayılmış ev heyvanlarındandır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bununla belə, az adam bilir ki, bu gözəl canlılar bütün adaya sözün əsl mənasında “sahibdirlər”.

Bu heyrətamiz yer haradadır?

Yaponiya mədəniyyətinin biliciləri yaxşı bilirlər ki, bu günə qədər Gündoğar ölkədə pişiklərə hörmətlə yanaşılır. Bu gözəl heyvanın balıqçılara zəngin ovla evə qayıtmasına kömək etdiyinə də inanılır.

Kiçik Tasiro adası Sakit okeanda yerləşir. Burada xüsusi pişik məbədi tikilib.

Pişiklər bu adaya konkret məqsədlə - gəmiricilər problemini həll etmək üçün gətirilib.

Pişiklər özlərini əla hiss ediblər və aktiv şəkildə çoxalmağa başlayıblar. Onları narahat etməmək üçün itlərin bura gətirilməsinə qadağa qoyulub.

Bu qadağa indiyədək qüvvədədir.

Maraqlıdır ki, bir çox turist heyrətamiz adayı görməyə gedir.

Bir neçə qoca pişiklərlə yan-yana yaşayır. Ancaq gənc nəsil böyük şəhərlərdə şanslarını sınamağa qərar verib.

Buna görə də, pişiklər özlərini adanın tam hüquqlu sahibi kimi hiss edə bilərlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837
avatar

Oxşar yazılar