Volkswagenə 58 nəfəri sığışdırdılar - Rekordlar  kitabına düşdü
08 avqust 2025 10:56 (UTC +04:00)

Volkswagenə 58 nəfəri sığışdırdılar - Rekordlar kitabına düşdü

Bəzən bir avtomobilin içinə gözlə görünənindən qat-qat artıq insanın sığa biləcəyini təsəvvür etmək çətindir. Lakin Filippinli tələbələr 2010-cu ildə bunu gerçəyə çevirməyi bacarıblar. Onlar adi bir Volkswagen Beetle 1964 modelini əsl “sərnişin qatarına” çevirərək dünya rekordu qırıblar.

Bir maşında 58 nəfər

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tələbələr bu unikal rekorda imza ataraq 58 nəfəri avtomobilin içinə, o cümlədən baqaj və ayaqaltı boşluqlara yerləşdiriblər. Bu hadisə Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi şəkildə qeydə alınıb və "Bir avtomobilə yerləşdirilmiş ən çox insan" kateqoriyasında dünya rekordu olaraq tanınıb.

Aylarla davam edən hazırlıq

Bu qeyri-adi rekorda hazırlaşmaq üçün tələbələr bir neçə ay ərzində intensiv məşqlər və planlaşdırma işləri aparıblar. Mühəndislik fakültəsinin tələbələri iştirakçıları sıx şəkildə yerləşdirmə texnikasını öyrənib, insan bədənlərinin uyğun yerləşdirilməsi üçün dəqiq hesablamalar aparıblar. Əsasən balaca boylu və yüngül çəkili insanlar seçilib.

25 dəqiqəlik sıxlıq və 5 saniyəlik rekord

İnsanların avtomobilə yerləşdirilməsi 25 dəqiqə çəkib və bu müddətdə hərəkət ciddi şəkildə koordinasiya olunub. Rekordun təsdiqlənməsi üçün bütün 58 nəfər minimum 5 saniyə ərzində avtomobilin bağlanmış vəziyyətində içəridə qalmalı idi. Bu şərtlər Ginnes rəsmiləri tərəfindən müşahidə və təsdiq olunub.

Nə xoş ki, belə ekstremal şəraitə baxmayaraq heç kim xəsarət almayıb, avtomobil isə tədbirdən sonra tam işlək vəziyyətdə qalıb.

Yaradıcı düşüncə və komandaya əsaslanan uğur

Bu uğur, komanda işi və qeyri-standart yanaşmanın nə qədər əhəmiyyətli olduğunu göstərdi. O vaxtdan bəri bu rekordun yenilənməsinə cəhdlər olsa da, rəsmi olaraq heç biri tanınmayıb və Filippinli tələbələrin uğuru artıq 10 ildən çoxdur ki, qüvvədə qalır.

Bu qeyri-adi hadisə sübut edir ki, insan bədəni fiziki sərhədləri aşmağa qadirdir, və bəzən mümkün olmayan yalnız təsəvvürümüzdə mövcuddur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar