Vezuvi vulkanı ilə bağlı ŞOK İDDİA : İnsanlar buxarlandı
18 aprel 2023 09:56 (UTC +04:00)

Vezuvi vulkanı ilə bağlı ŞOK İDDİA: İnsanlar buxarlandı

0

İtaliyanın Neapol şəhəri yaxınlığında yüksəkliyi 1280 metr olan Vezuvi vulkanik dağı var. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Vezuvi vulkanı 79-cu ildə partlayıb. Partlayış zamanı Pompey şəhərinin vulkanik kül altında basdırılması nəticəsində 30 min insan həlak olub.

Bu yaxınlarda əldə edilən məlumatlara görə, güclü partlayış nəticəsində insanlar alovun istisindən buxarlanıb. 550 dərəcə selsiyə çatan isti qaz buludu səbəbindən burada yaşayan insanların buxarlandığı iddia olunur. 

Qeyd edək ki, artıq 150 ildən artıq müddətdir ki, arxeoloqlar Qədim Roma şəhəri Pompeydə qazıntılar aparırlar. Hələ də quruyan lava altında ölənlərin cəsədləri aşkar edilir. 

Xatırladaq ki, partlayış zamanı Pompey, Herkulanum və Stabiya şəhərləri yox olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2415

Oxşar yazılar