Hindistanda fırıldaqçı qadın üç dəfə evlənib toydan yığılan pullarla qaçıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Racastan ştatının polisi qadını aldatmaq və evlənəcəyi kişiləri soymaqda ittiham edərək həbs edib. Yüksək rütbəli polis məmurunun mediaya verdiyi məlumata görə, qadın "sevgililərinə" özünü Sonya və ya Nişa kimi təqdim edib. O, bir ay ərzində onları toya razı sala bilib.
Bayramdan sonra gəlin zinət əşyalarını və pulu götürərək bir həftə gizlənib. Üç ay ərzində ştatın müxtəlif şəhərlərindən olan üç kişi bu dələduz qadının təsiri altına düşüb.
Cinayətin növbəti epizodu zamanı dələduz saxlanıla bilib. Polis qadının cinayət ortaqları ilə birlikdə hərəkət etdiyini güman edir. Bunlar isə evlilik agentliklərinin işçiləridir.