Trampın smartfonu harada istehsal olunacaq? - QALMAQAL
20 iyun 2025 02:11 (UTC +04:00)

Trampın smartfonu harada istehsal olunacaq? - QALMAQAL

Tramp komandasının qürurla ABŞ-da istehsal ediləcəyini iddia etdikləri yeni T1 smartfonu ekspertlər arasında şübhə ilə qarşılanıb.

APA xəbər verir ki, telefonun Çin istehsalı olan mövcud modelə bənzəyəcəyi və ABŞ-da bu qədər tez istehsala başlamasının qeyri-mümkün olacağı bildirilir.

Mütəxəssislər Trampın T1 smartfonu ilə Çin istehsalı olan, artıq bazarda olan “Wingtech Revvl 7 Pro 5G” smartfonunun dizaynı və xüsusiyyətləri arasında heyrətamiz oxşarlıqları qeyd ediblər. Çin istehsalı olan cihaz Amazonda təxminən 169 dollara satılır.

Bu oxşarlıq Tramp smartfonunun orijinal ABŞ dizaynı və istehsalı olub-olmaması ilə bağlı ciddi suallar doğurur.

Mütəxəssislər vurğulayırlar ki, ABŞ-da sıfırdan cib telefonu istehsalı müəssisəsi tikmək illər çəkəcək.

Həmçinin bildirilir ki, telefon ABŞ-da yığılsa belə, onun komponentlərinin əksəriyyəti yenə də xaricdən gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar