TƏHQİRAMİZ ƏNƏNƏ :  Qızları zorla kökəldib evləndirirlər
23 may 2023 19:30 (UTC +04:00)

TƏHQİRAMİZ ƏNƏNƏ : Qızları zorla kökəldib evləndirirlər

Bu gün ölkələrin ən böyük sağlamlıq problemlərindən biri olaraq görülən piylənmə Qərbi Afrikanın kiçik ölkəsi Mavritaniya üçün status və gözəllik göstəricisidir. Dünyanın ən maraqlı adət-ənənələrindən biri bu ölkədə illərdir tətbiq olunur.

Lent.az xəbər verir ki, bu barədə Harvard Universiteti məlumat yayıb.

Mavritaniyada evlənmək istəyən qadınlar 60 kilodan yuxarı olmalıdır. Qadınların kök, lakin zərərli gözəllik qavrayışı problemi var. Arıq qadınları ölkədə o qədər də sevmirlər. Bu ölkədə arıq qadınlar gözəl sayılmır və kasıb olaraq qiymətləndirilir. Əslində qadınları kökəlməyə məcbur edirlər ki, evlənib yaxşı arvad olsunlar. 

Ailələr qızları nikah yaşına çatanda kökəltmək üçün əllərindən gələni edirlər. Ailə quran gənc qızlar bol keçi südü, zeytunyağlı çörək, keçi əti, bəzən də gündə iki dəfə naharla bol kalori alırlar.

Maraqlısı isə, kökəlməklə evlənməyə “layiq” olan qadınların macərası bununla bitmir. Bu dəfə qeyri-sağlam qidalanma və artıq çəki ilə gələn sağlamlıq problemləri ortaya çıxır.

Bu təcrübə ölkənin mərkəzi rayonlarında kənd yerləri ilə müqayisədə daha az tətbiq olunur. Ancaq kənd yerlərində yaşayan qızların bu təcrübədən qaçmaq şansı yoxdur. 

Moritanya'da evlenmek isteyenler 60 kilonun üzerinde olmak zorunda - 4

Bununla da, Mavritaniyada qadınların təxminən 20 faizi obez, yarıdan çoxu isə artıq çəkidən əziyyət çəkir. Kişilərin isə yalnız təxminən 4 faizi obez, 20 faizi isə artıq çəkidən əziyyət çəkir. Ölkədə yaşayan kişilər də kilolu qadınların gözəl olduğunu və onların ailə qurmağa üstünlük verdiyini deyirlər.

Mavritaniyada ailələr nəinki bu ənənəni davam etdirirlər, bu qədər yemək yeməyə etiraz edən qızları ayaq barmaqlarını əzərək cəzalandırırlar. 

Amerikanın HBO kanalının müxbiri Tomas Morton 2 gün qaldığı bu yerdən təxminən 10 kiloqram çəki alaraq ölkəsinə qayıdıb. Qızlar bunun işgəncə olduğunu iddia etsələr də, əksər ailələr bu ənənədən əl çəkmək istəmir.

Uzun müddət davam edən ənənə olsa da, yemək yeyib ərə gedən qızlar öz uşaqlarına belə etməyəcəklərini deyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Fidan İlqar

Oxşar yazılar