Stüardessadan XƏBƏRDARLIQ:  "Uçuş zamanı içki sifariş etməyin!"
01 aprel 2023 14:44 (UTC +04:00)

Stüardessadan XƏBƏRDARLIQ: "Uçuş zamanı içki sifariş etməyin!"

Aviaşirkət işçiləri özləri sərnişin kimi harasa getsələr nadir hallarda təyyarədə içki sifariş edirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuş bələdçisi Daya Şalia bu sirri "TikTok" səhifəsində paylaşıb.

Stüardessa bildirib ki, təyyarələrdə olan su çənləri demək olar ki, heç vaxt təmizlənmir və bu, təhlükəlidir. Bura çay, qəhvə və isti şokolad daxildir.

Aviaşirkətlər müştərilərini mütəmadi olaraq su ehtiyatlarını yoxladıqlarına inandıra bilər, lakin stüardessa bunun 6-9 ay çəkdiyini söyləyib. Buna görə də çətin ki, kimsə bunu müntəzəm olaraq etsin.

Digər stüardessa Kat Kamalani əlavə edib ki, əgər maye banka və ya butulkada deyilsə, təyyarədə içmək olmaz. Nyu-York Şəhər Universitetinin Qida Siyasəti Mərkəzi araşdırma aparıb və müəyyən edib ki, bir çox aviaşirkətlər sərnişinləri keyfiyyətsiz su ilə təmin edir. Buna görə də o, təyyarədə bir butulka kola almağı məsləhət görür. Bu pulsuz şüşə sudan daha təhlükəsizdir.

# 1827
avatar

Fidan İlqar

Oxşar yazılar