Saxta dolları belə MÜƏYYƏN EDİN
01 iyun 2023 10:54 (UTC +04:00)

Saxta dolları belə MÜƏYYƏN EDİN

Mütəxəssislər saxta dollarlara bağlı xəbərdarlıq edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pul Bazarları Mütəxəssisi İslam Memiş ən son texnologiya ilə istehsal edilən saxta sikkələrin adi gözlə aşkarlanmasının mümkün olmadığını bildirib. 

"Bazarda son illərdə saxta dollarlara tez-tez rast gəlinir. Xüsusilə bayram mövsümü öncəsi bu hallar çox olur. Ona görə də sahibkarlar və ticarətçilər bayram ərəfələrində çox diqqətli olmalıdırlar.

Günümüzün texnoloji imkanlarının üzündən saxta pulları adi gözlə ayırd etmək mümkün deyil. Hətta bizim kimi mütəxəssislər də çox diqqətli olmalıdırlar. Hətta elə pullar var ki, elektronik sayğaclardan tez keçir. Biz hətta onun bankomatlardan keçdiyi məlumatını da eşitmişik. Məsələn mənim əlimdəki bu saxta dolların səsinə baxanda dörürsən ki, çox keyfiyyətli saxtakarlıqdır, daha yaxşı çap ediblər”.

Tanımadığımız insanlara diqqətli yanaşmaq lazım olduğunu bildirən Memiş, "İnsanların sağ-solunda pul dəyişmə təklifinə diqqətli olun. İnsanların xoş niyyətindən sui-istifadə edərək bu saxta pulları satırlar" - deyib.

İslam Memiş bildirib ki, saxta pulları aşkar etmək üçün kağızın keyfiyyətinə və səsinə diqqət yetirilməlidir. Memiş, "Kağızın üzərindəki mürəkkəbin tünd olub-olmadığını və ləkə buraxıb-yaramadığını yoxlamaq lazımdır. Yüksək keyfiyyətli saxta sikkələrdə kağız və mürəkkəb çox yüksək keyfiyyətdədir. Rəqəmsal imkanlardan istifadə edə bilərlər. Naxışlarını çox xüsusi bir şəkildə hazırlayırlar. Dediyim kimi, onları ayırd etmək çox çətinləşib”.

# 2523
avatar

Fidan İlqar

Oxşar yazılar