Qaydanı piyada pozdu, CƏRİMƏ SÜRÜCÜYƏ GƏLDİ   - FOTO
26 oktyabr 2021 04:10 (UTC +04:00)

Qaydanı piyada pozdu, CƏRİMƏ SÜRÜCÜYƏ GƏLDİ  - FOTO

Britaniya vətəndaşı maraqlı hadisə ilə üzləşib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, London sakini polisdən gələn məktubu aldıqda təəccüblənib. 

Ona heç vaxt getmədiyi şəhərdə avtobus yoluna çıxması ilə bağlı 90 funt (təxminən 200 AZN) cərimə gəlib. Lakin fotodakı avtomobil deyil, yaşlı qadın idi. 

Araşdırma zamanı məlum olub ki, qadının köynəyində KNITTER yazılıb. Londonlu sürücünün avtomobilinin nömrəsi isə KN19TER-dir. 

Sürücünün xanımı məsələni ictimailəşdirdikdən sonra polis cəriməni ləğv edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4644
avatar

Oxşar yazılar