Qadınların ayağına xalta taxırdılar, imperatorun 4 qızı başını keçəl etdirdi - SƏBƏB
21 iyul 2022 19:00 (UTC +04:00)

Qadınların ayağına xalta taxırdılar, imperatorun 4 qızı başını keçəl etdirdi - SƏBƏB

Qadınların ayağına niyə xalta taxırdılar, imperatorun 4 qızı nə üçün başını keçəl etdirdi? – Şəkillərdə gizlənən sirlər  
1950-ci illərdə ABŞ-da qəribə bir ənənə var idi.

Qadınlar corablarının üstündən xalta taxırdılar. Bu moda xatirinə edilmirdi, xüsusi anlam daşıyırdı.Sağ ayağa taxılan xalta qadının subaylığına və aktiv şəkildə kavaler axtarışında olmasına işarə idi. Sol ayağa taxılan xalta qadının evil olmasını göstərirdi. Hərçənd evlənəndə nişan üzüyü taxılırdısa, xaltaya nə gərək vardı?  

Təəssüf ki, bu sualın indi cavabı yoxdur.

1917-ci ilin 3 iyulunda çəkilmiş bu fotoda  imperator Nikolayın qızları  keçəldir. Bəs niyə keçəl? Sualın cavabı imperatorun  yazdığı gündəlikdə verilib. “Buludlu bir gündə gəzintidən sonra 4 qızım saçlarını keçəl kəsdirməyə qərar verdi. Onların saçları qızılca  xəstəliyindən sonra seyrəlmiş və tökülməyə başlamışdı. Oğlum Aleksey qızılcaya yoluxmasa da, bacılarına dəstək vermək üçün o da başını keçəl qırxdırıb”.


Arvadı susdurmaq  üçün cihaz

Bu dəmir yeşik əslində şarlatanların yaratdığı qurğudan başqa bir şey deyil. 1960-cı illərdə Avropada istifadə edilən və “ enerji yığan” adıyal tanınan bu qurğuya qadınlar həvəs göstərirdilər. Guya içinə girib  3 saat oturmaqla enerji toplayır, gəncləşir və gözəlləşirdilər. Əslində cihazı təqdim edən həkimin özü də bunun bir fırıldaqçılıq olduğunu bilirdi. Amma kişilər həvəslə xanımlarını bura gətirirdilər. Nə də olsa, 3 saat deyinməyən xanım da böyük nemət idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577

Oxşar yazılar