Qadınlar hansı kişilərə üstünlük verir?
05 iyun 2022 14:24 (UTC +04:00)

Qadınlar hansı kişilərə üstünlük verir?

Qadınların hansı yaşda hansı kişilərə üstünlük verdiyi açıqlanıb.

Lent.az-ın “lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, Rusiyada Kişi Sağlamlığı Klinikasının rəhbəri Svetlana Kalinçenko deyib ki, gənc qızları statuslu və təhsilli kişilər cəlb edir.

Bu, həmin kişilərin maddi durumunun yaxşı olması ilə deyil, gənc qızların bu kişilərin yanlarında özlərini təhlükəsiz hiss etmələri və bu kişilərin yaxşı həyat təcrübəsinə malik olduğuna inanmaları ilə bağlıdır.

Yetkin qadınlar əsasən gənc ehtiraslı, şən oğlanlara, məsələn, mühafizəçilərə, fitnes məşqçilərinə, barmenlərə və striptizlə məşğul olan gənclərə üstünlük verirlər. Çünki belə  qadınlara “yüngül və gözəl partnyorlar” lazımdır.

Svetlana Kalinçenko bildirib ki, orta yaşlı qadınlar əsasən həyatda özlərini maddi baxımdan təmin etmiş olurlar. Ona görə də onlara maddi dəstək lazım olmur, ailə qurmaları üçün onları intellektual peşə sahibləri, məsələn, hüquqşünaslar və mühəndislər cəlb edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5211
avatar

Oxşar yazılar