Qadın çayın ortasında qayıqda DOĞDU
04 avqust 2022 18:02 (UTC +04:00)

Qadın çayın ortasında qayıqda DOĞDU

Yunanıstan üzərindən Avropaya keçmək istəyən hamilə mühacir yunanlar tərəfindən geri itələndikdə Meriç çayında doğmalı olub.

Lent.az TRT-yə istinadən bildirir ki, Türkiyənin Ədirnə rayonunda Meriç çayından Yunanıstan qüvvələri tərəfindən sıxışdırılan qeyri-qanuni mühacirlər arasında olan Əfqanıstan əsilli Süheyla Rizai çayın ortasında qayıqda uşaq dünyaya gətirib.

Dalğalarla sürüklənən qayıqdakı mühacirlər Türkiyə sərhəd xidməti işçiləri tərəfindən xilas edilib, köməksiz vəziyyətdə qalan qadın və doğduğu körpəsinə xəstəxanada tibbi yardım göstərilib.

Ana və körpənin sağlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar