Rusiyayanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yaşadığı malikanənin və ofisinin şəkilləri yayılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, evdə çoxlu dəbdəbəli nişanların və maraqlı əşyaların olması diqqət çəkib.
Burada pariklər, danışıqlar üçün balyoz, pul bağlamaları və çoxlu nişanlar tapılıb.
Bildirilir ki, evdə aparılan axtarışlardan sonra silahlar da daxil olmaqla hər şey Priqojinə geri qaytarılıb.
Onun evində olan kolleksiyasındakı ən diqqətçəkən əşya isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən Priqojinə verilən fərdiləşdirilmiş “Glock” tapançasıdır.