Bir çox pişiklər gecələr çox səs-küylü olur. Hündür mebellərə dırmaşır, əşyalar atır, yüksək səslə miyavlayır və insanların yuxusunu pozurlar.
Bu davranış yalnız pişik fəaliyyətinin zirvəsi ilə deyil, həm də cansıxıcılıq, yemək istəyi, həmçinin gün ərzində sərf edilməmiş enerji ilə izah edilə bilər.
Lent.az xəbər verir ki, başlayaq qəbuledilməz hərəkətlərdən.
Birincisi, heyvanın çıxardığı səslərə reaksiya verməməlisiniz. Ev heyvanınızı söyməyin və yeməkləri qaba qoymaq üçün mətbəxə tələsməyin. Etdiyiniz hər hansı reaksiya pişiyi daha da təkəbbürlü edəcək.
İkincisi, özünüzü mətbəxdə və ya vanna otağında kilidləməyə çalışmamalısınız. Stressli vəziyyətə düşən heyvan daha çox səs-küy salmağa başlaya bilər.
Belə halda nə etməlisiniz?
Əvvəlcə tüklülər üçün çox rahat bir "yataq yeri" yaratmalısınız. Rahat bir çarpayı alın və ya düzəldin. Belə bir yerə sahib olmaq heyvanın gecələr sakit olma şansını artıracaq.
İkincisi, gündüz saatlarında dördayaqlı dostunuzla daha tez-tez “ünsiyyət qurun”. Pişiyiniz üçün maraqlı və aktiv oyunlar tapın. Ümumiyyətlə, tüklülərin cansıxıcı olmasının qarşısını almaq üçün hər şeyi edin. Və gecə başlamazdan əvvəl yığılmış enerjini atmağa şərait yaradın.
Üçüncüsü, siz yatarkən ev heyvanınızın aclıqla üzləşməməsi üçün axşam gec saatlarda pişiyinizi qidalandırın.
Yuxarıda göstərilən tədbirlər heç bir nəticə vermirsə, o zaman baytara müraciət edin. Bəlkə də heyvanın gecələr pis davranışı sağlamlıq problemlərindən qaynaqlanır.