Məhkəmə Londonun “Vest Hem” klubunun müdafiəçisi Kurt Zuuma benqal pişiyini döydüyünə görə məhkəmə onun haqqında hökm çıxarıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara görə, 27 yaşlı fransalı futbolçunu 12 ay ictimai işlərə cəlb ediləcək və ona növbəti 5 il ərzində pişik saxlamaq qadağan edilib.
Qeyd edək ki, qışda sosial şəbəkələrdə Kurtun pişiyini döyməsi ilə bağlı video yayılıb. Hadisəni futbolçunun qardaşı Yoan lentə alıb.
Bununla bağlı öz klubu da Zumanı 280 min avro cərimələyib. Bu səbəbdən Futbolçu bir alman təchizatçısı ilə böyük sponsorluq müqaviləsini itirib və Fransa komandasından kənarlaşdırılıb.